ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-də Yeni Azərbaycan Partiyasının 21 illiyi ilə əlaqədar tədbir keçirilmişdir

    Noyabrın 18-də "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş ofisində  Yeni Azərbaycan Partiyasının 21 illiyi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə YAP Nizami rayon təşkilatının sədri, Millət vəkili  Sədaqət Vəliyeva, təşkilatın  idarəetmə aparatının rəhbəri  Ramil Vəlibəyov, QSC-nin rəhbərliyi və  YAP "Ekol" ilk ərazi təşkilatının fəalları iştirak etmişlər.

    Tədbirdə çıxış edənlər, QSC-nin baş direktoru Ramil Əliyev, YAP "Ekol" ilk ərazi təşkilatının sədri Fəxrəddin Quliyev, təşkilatın sədr müavini Rəşad İsmayılov, baş direktorun məsləhətçisi Kamil Akimov, Gənclər təşkilatının sədri Səbuhi Veysəlov və başqaları bildirmişlər ki, Yeni Azərbaycan Partiyası siyasi səhnəyə XX əsrin 90-cı illərin əvvəllərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə gəlmişdir. Partiyanın təsis konfransı 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirilmiş və Heydər Əliyev YAP-nın sədri seçilmişdir. Müxalifət bir partiyası kimi meydana gələn Yeni Azərbaycan Partiyası qısa bir müddətdə geniş şöhrət qazanaraq cəmiyyətin bütün təbəqə və kateqoriyalarından olan sağlam qüvvələri öz ətrafında birləşdirə  bilmiş, ümumxalq partiyası olmaq istiqamətində uğurlu addımlar atılmışdır. 1993-cü ildə YAP-nın sədri Heydər Əliyevin ölkə  prezidenti seçilməsi ilə partiyanın  həyatında yeni dövrün əsası qoyulmuş, partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, iqtidar partiyasına çevrilərək ölkənin siyasi həyatında tutduğu mövqeyini möhkəmləndirmişdir.
    Tədbirdə çıxış edən Sədaqət Vəliyeva  qeyd etdi ki, Prezident İlham Əliyev cənablarının  sözləri ilə desək  ölkəmizin ictimai-siyasi həyatında həlledici rol oynayan  Yeni Azərbaycan Partiyasının  qərarları Azərbaycanın inkişafına böyük  tövhələr  vermişdir. Cənubi Qafqazın ən böyük partiyası olan və  son 21 ildə ölkədə keçirilən bütün seçkilərdə böyük üstünlüklə qələbə qazanan YAP, bütün təbəqələri özündə birləşdirir və  partiya üzvlərinin sayı artaraq 600 mini keçmişdir. Əsas ideoloji dayaqları müstəqillik, azərbaycançılıq, sosial inkişaf, siyasi və iqtisadi islahatlar olan YAP-nın mövcud olduğu dövrdə ölkəmizin sürətli inkişafına nail olunmuş, Azərbaycanın xarici siyasətində bir çox uğurlara imza atılmışdır.
    Bütün  bu proseslərdə  böyük rolu olan YAP-nın mütəşəkkil fəaliyyəti və öz liderinə sədaqəti nəticəsində ölkəmiz bütün sahələrdə daha böyük naliyyətlər  əldə etmişdir. Bunu son 10 ilin göstəriciləri də təsdiqləyir. Son illərdə Azərbaycan beynəlxalq aləmdə yüksək zirvələri fəth edib. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının üzvü olub. Bu gün YAP Azərbaycanın qlobal problemlərinin həllində mühüm rol oynayır. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin həllində mühüm faktordur. Xarici siyasətdə qazanılan uğurlar, daxildə də uğurlu siyasətin aparılmasına,  iqtisadi sahədə  ölkənin parlaq gələcəyinin planlaşdırılmasına  imkan vermişdir.
    Bütün naliyyətlərimizin təməlində Heydər Əliyev siyasəti dayanır, dövlətimizin yürütdüyü siyasətin mərkəzində duran əsas qüvvə isə Azərbaycan vətəndaşıdır. Dövlətimizin siyasi sisteminin sütunu olan YAP ölkəmizdə siyasi islahatların aparılmasında da mühüm rol oynayır. Buna görə də YAP-nın siyasi səhnədə ciddi rəqibi yoxdur. 
    Daha  sonra Sədaqət Vəliyeva YAP Nizami rayon təşkilatının ictimai-siyasi fəaliyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat vermiş,  bu illər ərzində qazanılan  uğurlardan və əldə olunan nailiyyətlərdən danışmışdır. O, çıxışını davam etdirərək "Ekol" ilk ərazi təşkilatının  nümunəvi  və fəal bir təşkilat olduğunu, bu təşkilatda siyasi cəhətdən  yetkin fikirli gənclərin formalaşdığını  xüsusilə vurğuladı.
    Tədbirin sonunda YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva "Ekol" ilk ərazi təşkilatını və bu təşkilatın bir sıra fəal üzvlərini Fəxri Fərmanla və mükafatla təltif etdi. "Ekol  Mühəndislik Xidmətləri" QSC-nin baş direktoru Ramil Əliyev və YAP "Ekol" ilk ərazi təşkilatının sədri Fəxrəddin Quliyev  təşkilata göstərilən bu diqqətə görə Sədaqət Vəliyevaya öz təşəkkürlərini bildirdilər.
    Tədbirdə videoçarx vasitəsilə YAP-nın yubileylərindən və V-ci qurultaydan fraqmentlər  nümayiş etdirilmiş və iştirakçılar tərəfindən böyük maraqla izlənilmişdir.
 

 
 

tarix : 18.11.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.