ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC “Xəzər: Ətraf Mühit üçün Texnologiyalar” 4-cü Beynəlxalq Ətraf Mühit Sərgisində iştirak edir

      Azərbaycan Respublikası  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi və “ITECA" şirkətinin təşkilatçılığı ilə  “Bakı Ekspo Mərkəzi" ndə  ətraf mühitin  mühafizəsinə həsr olunmuş “Xəzər: Ətraf Mühit üçün Texnologiyalar” (CTE) 4-cü Beynəlxalq Ətraf  Mühit Sərgisi  noyabrın 20-də öz işinə başlamışdır.

     Xəzəryanı və Qafqaz regionlarında keçirilən ən iri ekologiya və ətraf mühitin mühafizəsi  sərgisi  biznesin Azərbaycanda inkişafı üçün əlverişli vasitə olmaqla yanaşı yeni tərəfdaş axtarışı, bazarın təhlili və iştirakçılarla  effektiv iş aparmaq üçün münbit şərait yaradır. Sərgi Azərbaycanın  və xarici ölkələrin "təmiz" texnologiyalar bazarını təmsil edən aparıcı simalarını, habelə ekologiya, utilizasiya və təmizləmə sahəsində öz məhsul və xidmətlərini təklif edən şirkətləri, eləcə də elm xadimlərini və dövlət orqanlarının  nümayəndələrini bir araya gətirmişdir.

     Sərgidə, ARDNŞ-nin və xarici investor «Lancer Services S.A.» Şirkətinin təsisçiliyi ilə yaradılmış “Ekol Mühəndislik Xidmətləri” QSC də icra etdiyi ekoloji layihələri və istehsalata tətbiq etdiyi müasir texnika və texnologiyaları əks etdirən  maraqlı stendi və eksponenti ilə iştirak edir.  QSC-nin aktual ekoloji layihələrini əks etdirən  stendi, xüsusilə İsveçin  “Alfa-Laval” şirkətinin istehsalı olan,  neftşlam emal edən   modul dekantor qurğusunun maketi  sərgi iştirakçıları  tərəfindən  böyük maraqla  izlənilir.

      Noyabrın 21-də isə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırov sərgiyə baxış keçirmiş, digər iştirakçıların stendi ilə yanaşı  “Ekol Mühəndislik Xidmətləri” QSC-nin stendi ilə də tanış olmuşdur. H. Bağırova ətraf mühitin mühafizəsi sahəsində QSC-nin  həyata keçirdiyi  ekoloji layihələr və yaşıllaşdırma tədbirləri haqqında   qısa məlumat verilmişdir. 

   “Xəzər: Ətraf Mühit üçün Texnologiyalar” 4-cü Beynəlxalq Ətraf Mühit Sərgisi noyabrın  22-dək davam edəcəkdir.


                       

 
 

tarix : 21.11.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.