ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Xəzər: Ətraf Mühit üçün Texnologiyalar” 4-cü Beynəlxalq Ətraf Mühit Sərgisi öz işini uğurla başa vurmuşdur

       Azərbaycan Respublikası  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  və IDEA İnternational Dialogue for Environmental Action dəstəyi, eləcə də  “Iteca" şirkətinin təşkilatçılığı ilə “Bakı Ekspo Mərkəzi" də keçirilən və noyabrın 20-dən başlayaraq üç gün davam edən   “Xəzər: Ətraf Mühit üçün Texnologiyalar” (CTE) 4-cü Beynəlxalq Ətraf  Mühit Sərgisi  bu gün öz işini uğurla başa vurmuşdur.

      Ətraf mühitin mühafizəsi sahəsində dünyanın 58-dən çox tanınmış şirkətlərinin qatıldığı sərgidə  biznesin Azərbaycanda inkişafı üçün əlverişli vasitə olmaqla yanaşı yeni tərəfdaş axtarışı, bazarın təhlili və iştirakçılarla  effektiv iş aparmaq üçün münbit şərait yaradılmışdır.

      Sərgidə iştirak edən “Ekol Mühəndislik Xidmətləri” QSC də  üç gün müddətində maraqlı stendi ilə  ziyarətçilərin  diqqətini cəlb etməklə yanaşı, ətraf mühitin mühafizəsi sahəsində özünə maraqlı tərəfdaşlar tapmış, analoji şirkətlərin nümayəndələri ilə ətraflı fikir mübadiləsi aparılmışdır. Bu görüşlər ümumi işin xeyrinə olmaqla yanaşı gələcək əməkdaşlıq əlaqələri üçün də zəmin yaratmışdır.

    Sonda sərgi təşkilatçıları tərəfindən iştirakçılara  və ətraf mühitin mühafizəsi sahəsində məqsədyönlü fəaliyyət göstərən bir sıra şirkətlərə sertifikatlar təqdim olunmuşdur.

                       

 
 
 

tarix : 22.11.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.