ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Black Gold LLC" şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir

      "Ekol Mühəndislik  Xidmətləri" QSC-nin xarici əlaqələrinin genişləndirilməsi və yeni texnologiyaların axtarışı istiqamətində  analoji şirkətlərlə görüşlər davam edir. Bu çərçivədə  növbəti görüş isə noyabrın 26-da, QSC-nin baş ofisində, Birləşmiş  Ərəb Əmirliklərinin  Dubay şəhərində fəaliyyət göstərən "Black Gold LLC" şirkətinin   nümayəndələri ilə keçirilmişdir.

      "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktoru Ramil Əliyev, baş direktorunun istehsalat üzrə müavini-Texniki direktor Məzahir Hüseynov, SƏTƏM üzrə müavini Rəşad İsmayılov, ARDNŞ-nin Ekoloji layihələrin İdarəedilməsi şöbəsinin rəisi Rövşən Fətullayev, QSC-nin əlaqədar departament və şöbə rəisləri, həmçinin "Black Gold LLC" şirkətinin direktorlar Şurasının üzvü Mohammed Abdulla Ahmed Saleh Al Hammadi, şirkətin maliyyə meneceri Mustafa Abdulla Abdelrahman və şirkətin Azərbaycan təmsilçiləri görüşdə iştirak etmişlər.

     "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktoru Ramil Əliyev  qonaqları salamlayaraq onlara  QSC haqqında qısa  məlumat vermiş və   sonra söz qonaqlara təqdim etmişdir.

       Görüşdə çıxış edən "Black Gold LLC" şirkətinin direktorlar Şurasının üzvü Mohammed Abdulla Ahmed Saleh Al Hammadi əvvəlcə səmimi qəbula görə QSC rəhbərliyinə öz minnətdarlığını bildirmişdir. Sonra o, çıxışına davam edərək  təmsil etdiyi şirkətin  BƏƏ-də ekoloji yönümdə fəaliyyət  göstərən, xüsusilə turşulu qudronların, lay sularının və neftlə çirklənmiş  torpaqların təmizlənməsi  ilə məşğul olan potensial imkanlı bir şirkət olduğunu və  fəaliyyəti dövründə şirkətin bu sahədə bir sıra uğurlu layihələr həyata keçirdiyini bildirmişdir. Abdulla Ahmed görüşün keçirilməsinə diqqət çəkərək qeyd etmişdir ki, onlarda olan məlumata görə Azərbaycanda ətraf mühitin mühafizəsi, xüsusilə lay sularının, turşulu qudronun və neftlə çirklənmiş torpaqların  təmizlənməsi sahəsində bir çox problemlər mövcuddur. "Ekol Mühəndislik  Xidmətləri" QSC isə  bu  sahədə prioritet  ekoloji layihələrin həyata keçirilməsində özünü təsdiq etmiş bir şirkətdir. Bu səbəbdən də  QSC ilə əməkdaşlıq etmək niyyətindədirlər.

      Abdulla Ahmed  çıxışına davam edərək bildirmişdir ki,  bu görüşün keçirilməsində  əsas məqsəd "Black Gold LLC" şirkətinin  Azərbaycandakı ekoloji layihələrin icrasına  investisiya qoymaq, bu sahədə birgə Müəssisə yaratmaq və "Ekol Mühəndislik  Xidmətləri" QSC ilə əməkdaşlıq etmək niyyətini bəyan etməkdir.

      Sonra tərəflər arasında gələcək əməkdaşlıq əlaqələrinin mümkün variantları və digər ekoloji problemlərin həlli sahəsində birgə fəaliyyət istiqamətləri geniş müzakirə edilmiş və qərara alınmışdır ki, növbəti görüş daha geniş tərkibdə keçirilsin, əməkdaşlıq əlaqələrinin istiqamətləri və digər texniki məsələlər  konkret təkliflərlə  müzakirəyə çıxarılsın.
 

 

tarix : 26.11.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.