ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də texniki təhlükəsizliyin tələbləri və əməyin mühafizəsi üzrə növbəti maarifləndirmə tədbirlərinə başlanılmışdır

     Təsdiq olunmuş proqrama əsasən 26.11.2013-05.12.2013 tarixdə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin bütün struktur bölmələrinin  işçi personalına maarifləndirmə keçirilməsi nəzərdə tutulmuşdur. Maarifləndirmənin əsas  məqsədi QSC-də olan peşələr üzrə hazırlanmış əməyin mühafizəsi və texniki təhlükəsizlik təlimatlarının tələbləri, elektrik təhlükəsizliyi və  fərdi  mühafizə vasitələrindən istifadə təlimatları  barədə işçi personala məlumatların verilməsi ilə onların bu sahədə bilik səviyyələrinin artırılmasından ibarətdir.

    Noyabrın 26-da QSC-nin O.Vəliyev-1 ünvandakı MM kabinetində maarifləndirmə proqramının icrasına başlanılmışdır. Mövzu ətrafında çıxışları Ekoloji  Monitorinq Departamentinin (EMD) rəis müavini  Natella Şəfiyeva və Texniki təhlükəsizlik şöbəsinin rəisi  Səbuhi Veysəlov çıxış edərək  mövzular  barədə  geniş məlumatlar vermiş, iştirakçıların verdikləri suallar ətraflı izah edilmişdir. EMD-nin ekoloqu  Ceyhun  Əsgərovun mövzulara uyğun hazırladığı video-çarxlar maarifləndirməni daha da maraqlı etmişdir.

    Sonda hər bir iştirakçı  ilə  ayrıca  testlər  keçirilmişdir ki, bu da  onların  mövzuları daha da  dərindən mənimsəmələrinə  şərait yaratmışdır.  Maarifləndirmə tədbirləri davam edir.
 
 
 

tarix : 29.11.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.