ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Tullantıların Emalı Departamentini 55 saylı yarımstansiyasında yenidənqurma işləri başa çatdırılmışdır

     "Ekol Mühəndislik Xidmətləri" QSC-nin  Tullantıların Emalı Departamentinin (TED)  fəaliyyət sahələrində  texnoloji proseslərin fasiləsizliyinin təmin edilməsi və  keyfiyyətin yaxşılaşdırılması istiqamətində davamlı və məqsədyönlü tədbirlər həyata keçirilir. Xüsusilə texnoloji proseslərin elektrik enerjisi, su və təbii qaz təminatının yaxşılaşdırılması sahəsində son dövrdə əsaslı yenidənqurma işləri yerinə yetirilmişdir.

    2013-cü ilin IV rübündə  QSC-nin O.Vəliyev-1 ünvanda yerləşən  TED-nin 6-cı sahəsində ( Heydər Əliyev adına BNEZ-nun 9-cu sexinin ərazisi) elektrik şəbəkəsi sistemində aparılmış əsaslı yenidənqurma işləri də görülən  tədbirlərin məntiqi davamıdır. Cari rübdə "QAFQAZENERQOSERVİS" şirkəti  tərəfindən TED-nin 6-cı sahəsindəki 55 saylı yarımstansiyasında, həmçinin 1-ci və 2-ci sənaye axarlarının  EPQ-da (Elektrik paylayıcı qurğular)  yenidənqurma işləri həyata keçirilmiş, uzun illər istismarda olan yararsız avadanlıqlar müasir tipli avadanlıqlarla əvəz olunmuşdur. Artıq  yenidənqurma işləri başa çatdırılmış,  55 saylı yarımstansiya və EPQ istismara verilmiş, nəticədə TED-nin 6-cı sahəsinin elektrik təchizatı daha da yaxşılaşmışdır.
     Hazırda QSC-nin Elektromexanika sexi və İnzibati təsərrüfat şöbəsi  yarımstansiyanın yardımçı binasında abadlıq işlərini yerinə yetirirlər. Yenidənqurma işlərinin QSC-nin digər fəaliyyət sahələrində də yerinə yetirilməsi nəzərdə tutulmuşdur.
 
 
 

tarix : 03.12.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.