ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Müasir təmizləyici qurğuların mühafizəsinə və müntəzəm profilaktiki texniki xidmətlərin göstərilməsinə xüsusi diqqət yetirilir

       "Ekol Mühəndislik Xidmətləri" QSC-də tullantıların  emalı və təmizlənməsi texnologiyalarının təkmilləşdirilməsi və yeni müasir tipli qurğularla  texniki parkın genişləndirilməsi  sahəsində məqsədli tədbirlər davam etdirilir.  Hazırda QSC-nin xidmət sahələrində  İsveçrənin "Alfa-Laval" şirkətinin istehsalı olan modul dekantor   İtaliyanın  "Pieralisi" şirkətinin  istehsalı olan modul trikantor qurğuları müvəffəqiyyətlə    istismar edilir. Cari ildə QSC-nin texniki parkına  dekantor  qurğusundan çıxan  maye qarışığını  üç fazaya;  neft məhsulu, su və mexaniki qarışığa ayıran, İsveçrənin "Alfa-Laval" şirkətinin istehsalı olan  yeni  FOX-15 separator qurğusu da əlavə edilmişdir.

      İstismarda olan bu qurğulara  müntəzəm olaraq profilaktiki texniki xidmətlərin  göstərilməsinə, ətraf təsirlərdən mühafizəsinə və istismar müddətinin artırılmasına   isə xüsusi diqqət yetirilir. Yeni FOX-15 separator qurğusunun da yağışdan və gün şüalarından qorunması, eləcə də istismar şəraitini yaxşılaşdırılması  məqsədilə  qurğunun üzərində çardağın  quraşdırılmasına  başlanılmışdır. Hazırda  çardağın qış mövsümünədək  quraşdırılıb başa çatdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

       Qeyd edək ki, FOX-15 separator qurğusunun qısa zamanda istismara verilməsi nəzərdə tutulmuşdur.

 
 
 

tarix : 05.12.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.