ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“ Ekol Mühəndislik Xidmətləri ” QSC-də ulu öndər Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar tədbir keçirilmişdir

       Artıq 10 ildir ki,  Azərbaycan xalqı hər ilin 12 dekabrında  ümummilli lider, müstəqil Azərbaycan Respublikasının memarı  Heydər Əliyevin  anım gününü böyük ehtiramla yad edirlər. Əbədiyyətə qovuşmuş,  xalqımızın yaddaşında dərin iz  buraxmış  bu dahi tarixi şəxsiyyətin   əziz xatirəsi böyük  məhəbbətlə anılır və bu münasibətlə tədbirlər keçirilir.

      2013-cü ildə də dekabrın 10-dan başlayaraq, ulu öndər  Heydər Əliyevin  vəfatının 10-cu ildönümü ilə əlaqədar  dövlət qurumları, siyasi partiyalar, qeyri-hökumət təşkilatları, ictimaiyyətin  nümayəndələri  ulu öndərin Fəxri  Xiyabandakı məzarını ziyarət edir və  anım mərasimləri təşkil olunur.
     Ulu öndərin vəfatının 10-cu ildönümü ilə əlaqədar “ Ekol Mühəndislik Xidmətləri ” QSC-nin nümayəndələri də ARDNŞ-nin çoxsaylı kollektivinə qatılmış, ziyarətdə iştirak edərək ümummilli liderin abidəsi önünə tər çiçəklər düzmüş və onun əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Sonra  anım tədbirləri QSC- nin baş ofisində, toplantının keçirilməsi ilə davam etmişdir.
     Toplantıda  QSC-nin baş direktoru Ramil Əliyev,  baş direktorun  SƏTƏM üzrə müavinin  Rəşad  İsmayılov, YAP  “Ekol” ilk ərazi təşkilatının sədri Fəxrəddin Quliyev, 70-ci illərdə neft emalı zavodunun direktoru,  sonradan Neft – Kimya Sənayesi naziri vəzifələrində işləmiş, hazırda baş direktorun məsləhətçisi vəzifəsində  çalışan  Kamil Akimov   çıxış etmişlər. Natiqlər Heydər Əliyevin  həyat və fəaliyyətinin əsas məqamlarından, eləcə də onun  xalq və dövlət qarşısındakı   titanik  xidmətlərindən  danışmışlar.
     Qeyd olunmuşdur ki,  ümummilli liderin şah əsəri olan Azərbaycan bu gün  Heydər Əliyevin ideyaları altında dinamik inkişaf yolu ilə gedir. Ulu öndərin layiqli davamçısı, möhtərəm prezidentimiz İlham Əliyevin cənablarının   yürütdüyü məqsədyönlü siyasət nəticəsində respublikamızda milli iqtisadiyyatımızın qeyri neft sektorunun  inkişafı  üçün  əlverişli  şərait yaradılmışdır.
     Çıxış edənlər inamla bildirmişlər ki, dünya miqyasında müstəqil Azərbaycandan  danışanda  həmişə onun  qurucusu  Heydər Əliyev anılır və adı uca tutulur. Odur ki, ulu öndər Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.
     Toplantıda Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən video çarx nümayiş olunmuş, onun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
                          
 
 

tarix : 12.12.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.