ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyətinin prioritet istiqamətlərindən biri də yaşıllıqlara aqrotexniki xidmətlərin göstərilməsidir

       ARDNŞ-nin fəaliyyət sahələrində ekoloji problemlərin həlli və ətraf mühitin mühafizəsi sahəsində təsdiq etdiyi kompleks tədbirlər planı yüksək templə  həyata keçirilir. Bu tədbirlər çərçivəsində neft-qaz sənayesi sahələrində yaşıllıqların salınması və inkişaf etdirilməsi də  xüsusi əhəmiyyət kəsb edir.

       Kompleks  tədbirlər  planının  icrasında  yaxından iştirak edən “Ekol Mühəndislik Xidmətləri” QSC də reabilitasiya olunmuş mədən ərazilərində yaşıllıqların salınması və bitkilərə aqrotexniki xidmətlərin göstərilməsini fəaliyyətinin  prioritet istiqamətlərindən biri kimi müəyyən etmişdir.    
       Hazırda QSC-nin Torpaqların Rekultivasiyası Departamentinin əməkçiləri  ARDNŞ-nin Qaz Emalı Zavodunun ərazisində 8 890 ədəd, "Azneft" İB-nin "Abşeronneft"  NQÇİ-nin mədən ərazisində 13 000 ədəd, "BibiHeybətneft" NQÇİ-nin mədən ərazisində  50 892 ədəd,   H.Z.Tağıyev adına  NQÇİ-nin mədən ərazilərində  isə 5 044 ədəd  müxtəlif növ ağaca və  bəzək kollarına  yüksək səviyyədə  aqrotexniki xidmətlər göstərirlər. Payız-qış  mövsümü  ilə əlaqədar sahələrdə budama işləri başa çatdırılmış, digər aqrotexniki tədbirlər isə davam etdirilir. 
      Bununla yanaşı,  “Ekol Mühəndislik Xidmətləri” QSC "Azneft" İB ilə birgə yaşıllıq sahələrinin genişləndirilməsi və bərpası istiqamətində də məqsədli tədbirlər həyata keçirir. Bu mövsümdə "Abşeronneft"  NQÇİ-nin mədən ərazisində əlavə   1 200 ədəd müxtəlif növ ağacların əkilməsi üçün hazırlıq işlərinə başlanmışdır.
     Cari ildə QSC-nin "BibiHeybətneft"  NQÇİ-nin mədən ərazisində istifadəyə verdiyi istixana da artıq öz müsbət nəticələrini vermişdir. Bu istixanada müxtəlif növ ağac və  bəzək kollarının tingləri yetişdirilir. 2013-cü ildə  yaşıllıqların bərpası məqsədilə bu istixanada  yetişdirilmiş 10 mindən çox tingdən istifadə olunmuşdur. Hazırda istixananın məhsuldarlığının daha da  artırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.  
    “Ekol Mühəndislik Xidmətləri” QSC  ARDNŞ-nin fəaliyyət sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasında mühüm rol oynayan yaşıllıqların salınması və bitkilərə yüksək səviyyəli aqrotexniki xidmətlərin göstərilməsi sahəsində  məqsədyönlü fəaliyyətini davam etdirir.
                          
 
 
 
 
 

tarix : 19.12.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.