ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin İnzibati təsərrüfat şöbəsinin kollektivi xidmət sahələrində aparılan cari təmir və abadlaşdırma işlərində yaxından iştirak edirlər
      "Ekol Mühəndislik Xidmətləri" QSC-nin əsas fəaliyyət sahələri ilə yanaşı,  xidmət sahələrində əsaslı təmir, yenidənqurma və  abadlaşdırma işlərinə də xüsusi diqqət yetirilir. Bu məqsədlə xidmət sahələrindəki inzibati, məişət və yardımçı binalarda mütəmadi olaraq təmir işləri aparılır, ərazilərin abadlaşdırılması və yaşıllaşdırılması sahəsində məqsədyönlü  tədbirlər həyata keçirilir.

      Bu tədbirlərin  həyata keçirilməsində  QSC-nin  İnzibati  Təsərrüfat  Şöbəsinin (İTŞ) kollektivinin əməyi xüsusilə təqdirəlayiqdir. Ötən illərdə  olduğu kimi 2013-cü ildə də  İTŞ-nin əməkçiləri QSC-nin  baş ofisində, eləcə də O.Vəliyev 1 ünvanda və "Azərneftyağ" NEZ-nun ərazisində yerləşən xidmət sahələrində  təmir-tikinti, abadlıq və yaşıllaşdırma  işlərini keyfiyyətlə yerinə yetirmişlər. 
      Cari ildə, İTŞ tərəfindən QSC-nin Tullantıların Emalı Departamentinin (TED)  6-cı sahəsindəki (H. Əliyev adına BNEZ-nun 9-cu sexinin ərazisi)  qazanxanalarda və  55 saylı yarımstansiya binasında cari təmir işləri aparılmış,  "Qışa hazırlıq tədbirlər planı" da nəzərdə tutulmuş işlər operativ olaraq icra edilmişdir. İl ərzində TED-nin 7-ci sahəsində də ("Azərneftyağ" NEZ-nun ərazisi)   bir sıra cari təmir və  abadlıq işləri  yerinə yetirilmişdir.  
      2013-cü ildə  İTŞ QSC-nin xidmət sahələrinin yaşıllaşdırılmasına da xüsusi önəm vermişdir.  Yaşıllıq sahələrinin genişləndirilməsi  və mövcud yaşıllıqlara aqrotexniki xidmətlərin göstərilməsi istiqamətdə əsaslı  işlər görülmüşdür. Bununla yanaşı, İTŞ-nin dülgər sexində 5 minə  qədər dayaqlar hazırlanmış və  istifadə üçün QSC-nin Torpaqların Rekultivasiyası Departamentinə təhvil verilmişdir.
      Hazırda  İTŞ-nin  kollektivi    xidmət  sahələrinin   abadlaşdırılması  və yaşıllaşdırılması sahəsində məqsədyönlü fəaliyyətini davam etdirir.                  
 
 
 
 
 
 

tarix : 23.12.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.