ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-də Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə tədbir keçirilmişdir

     Dünya  Azərbaycanlılarının  Həmrəylik  Günü və Yeni il bayramı münasibətilə   dekabrın  29-da  QSC-nin baş ofisində tədbir keçirilmişdir. Tədbirdə giriş sözü ilə QSC-nin baş direktoru Ramil Əliyev  çıxış etmişdir.

     Dünya  Azərbaycanlılarının  Həmrəylik  Günü və Yeni il bayramı münasibətilə   dekabrın  29-da  QSC-nin baş ofisində tədbir keçirilmişdir. Tədbirdə giriş sözü ilə QSC-nin baş direktoru Ramil Əliyev  çıxış etmişdir.

      O, qeyd etmişdir ki, Azərbaycan xalqı öz  milli azadlıq mübarizəsinin qələbə ilə sona çatması yolunda  minlərlə şəhidlər vermiş və öz azadlığına qovuşmuşdur. Bütöv  bir millətin azadlıq arzusunun  reallaşması  həm də bir şərəf və ləyaqət simvoluna çevrilmişdir. 1991-ci il dekabrın 16-da ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyası Milli Həmrəylik və Birlik gününü təsis etdi və bu günün  hər il dekabrın 31-də qeyd olunması qərara alındı.  Həmin il, dekabrın  26-da isə  Azərbaycan  Respublikası Ali Sovetinin  Milli Şurası  31 dekabrın Dünya  Azərbaycanlılarının  Həmrəylik  günü kimi qeyd olunması barədə qərar qəbul etdi.  Bütün dünya azərbaycanlıları tərəfindən  bir zərurətə və mənəvi ehtiyaca çevrilmiş bu bayram artıq 22 ildir ki, dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən   böyük təntənə ilə qeyd olunur.     

      Baş direktor çıxışına davam edərək bildirdi ki,  Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev cənablarının yürütdüyü  məqsədyönlü daxili və xarici siyasət nəticəsində yola saldığımız 2013-cü il respublikamız üçün uğurlu olmuş, bütün sahələrdə yadda qalan nailiyyətlər əldə  edilmişdir. Ötən il "Ekol Mühəndislik Xidmətləri" QSC üçün də uğurlu olmuş, qarşıya qoyulan vəzifələr layiqincə yerinə yetirilmişdir. Yeni, 2014-cü ildə də bizi böyük işlər və sınaqlar gözləyir. Hər birinizin peşəkarlığınıza və əməksevərliyinizə arxalanaraq ümid edirəm ki, növbəti ildə də qarşımızda duran vəzifələrin  yüksək səviyyədə həyata keçirilməsinə nail olacağıq. Sizin hər birinizi  Dünya Azərbaycanlılarının  Həmrəylik  günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edir, sizə can sağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

     Tədbirdə  baş direktorun istehsalat üzrə müavini-texniki direktor Məzahir Hüseynov, baş direktorun SƏTƏM üzrə müavini Rəşad İsmayılov, İqtisadiyyat və Uçot İdarəsinin  rəisi Əli Bağış, baş direktorun məsləhətçisi Kamil Akimov, Torpaqların Rekultivasiyası Departamentinin  rəisi Məhəmmədəli Həsənov və başqaları çıxış edərək tədbir iştirakçılarını, eləcə də kollektivin hər bir üzvünü  Dünya  Azərbaycanlılarının  Həmrəylik  günü və Yeni il bayramı münasibətilə təbrik etdilər.

     Natiqlər qeyd etdilər ki, Dünya Azərbaycanlılarının Həmrəylik günü Azərbaycan  millətinin  birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 50 milyonluq azərbaycanlılarının  birlik və bərabərlik təntənəsi olmaqla, ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla  əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Odur ki,  respublikamızın bütün sahələrdə güclü, inkişaf etmiş bir ölkəyə çevrilməsi üçün qüvvələrimizin birləşdirilməsi və  qarşımızda duran vəzifələrin şərəflə yerinə yetirməsi istiqamətində səylərimizi daha da artırmalıyıq. Bu yolda sizə uğurlar diləyirik.

      Bununla da Dünya  Azərbaycanlılarının  Həmrəylik  gününə və Yeni il bayramına həsr edilmiş tədbir başa çatmışdır.

                          
 
 

tarix : 29.12.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.