ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC nanotexnologiyaların tətbiqi sahəsində xarici əməkdaşlıq əlaqələrini genişləndirir

         ARDNŞ neft-mədən ərazilərində neftlə çirklənmiş torpaqların,  sənaye-çirkab, axıntı və lay sularının təmizlənməsi, neftşlamın emalı, zərərsizləşdirilməsi və bioremediasiyası kimi prioritet ekoloji layihələrin nanotexnologiyalarla həyata keçirilməsini  "Ekol Mühəndislik Xidmətləri" QSC-nin qarşısında mühüm bir vəzifə kimi qoymuşdur.  Bununla  əlaqədar  olaraq QSC  bu sahədə  hərtərəfli  axtarışlar aparır,  yerli və xarici analoji şirkətlərlə  əməkdaşlıq əlaqələri yaradır. 

      2013-cü ildə də  QSC  müasir texnika və texnologiyaların əldə olunması məqsədilə dünyanın tanınmış bir çox şirkətləri ilə işgüzar görüşlər keçirmiş və  beynəlxalq sərgilərdə  iştirak etmişdir.  Ötən il İngiltərənin  WET,    ABŞ-nın “ Sundance  Services İNC”, "Agranco" korporasiyası, "KMT İNTERNATİONAL, İNC, TARMAC İNTENATİONAL, İNC, "ENER SERVE" MMC, Almaniyanın  BAMAG, ELPRO şirkətlər qrupunun Azərbaycan nümayəndəliyi,  Türkiyənin Nano Tech Texnology Concept  LTD, Birləşmiş Ərəb Əmirliklərinin "MOHAMED AL OTAİBA GROUP", Fransanın Antea  Group,  İtaliyanın  RİCCOBONİ, Kanadanın Nelson Environmental Remediation LTD, Birləşmiş Ərəb Əmirliklərinin “Black  Gold  LLC”  və dünyanın digər  tanınmış şirkətləri ilə keçirilən görüşlərdə  təqdim olunan  yeni texnologiyalar ətrafında  geniş müzakirələr aparılmışdır.  Müzakirələrdə  yeni texnologiyaların  məhsuldarlığı,  iqtisadi səmərəliliyi,  ətraf mühitə təsir amilləri və digər texniki  məsələlər araşdırılmış, bu şirkətlərlə gələcək əməkdaşlıq əlaqələrinin  qurulması istiqamətləri müəyyən edilmişdir.

     Yeni  texnologiyaların  əldə  olunması  sahəsində  həyata keçirilən tədbirlər çərçivəsində  2013-cü ildə  QSC-nin rəhbər işçiləri Norveçin  Bergen şəhərində  işgüzar səfərdə olmuş və Rusiya Federasiyasının Moskva şəhərində keçirilən "Vais Tek  Siti Payp" beynəlxalq  sərgisində  iştirak etmişlər.  Bu səfərlərdə  nanotexnologiyalar  haqqında  geniş  məlumatlar  əldə olunmuş,  bəzi analoji  şirkətlərlə  əlaqələr yaradılmışdır.

     "Ekol Mühəndislik Xidmətləri" QSC  2014-cü ildə də yeni texnologiyaların əldə olunması məqsədilə,  analoji  şirkətlərlə  əməkdaşlıq  əlaqələrinin  genişləndirilməsi istiqamətində səylərini davam etdirəcəkdir. 

                                                        

 
 
 

tarix : 08.01.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.