ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

2013-cü ildə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Torpaqların Rekultivasiyası Departamentinin fəaliyyəti qənaətbəxş olmuşdur

       ARDNŞ öz fəaliyyət  sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəldilmiş  tədbirlər çərçivəsində neftlə çirklənmiş torpaqların təmizlənməsinə və reabilitasiya olunmuş ərazilərin yaşıllaşdırılmasına xüsusi önəm verir və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirir. 2013-cü ildə də  bu sahədə  bir sıra prioritet layihələr icra olunmuşdur. Bu layihələrin icrası isə əsasən "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Torpaqların  Rekultivasiyası Departamenti (TRD) tərəfindən həyata keçirilmişdir.

      QSC-nin TRD ötən illərdə olduğu kimi 2013-cü ildə də ARDNŞ-nin "Azneft" İB-nin  neftqazçıxarma idarələrinin reabilitasiya olunmuş mədən ərazilərindəki yaşıllıq sahələrinin genişləndirilməsi və bitkilərə aqrotexniki xidmətlərin göstərilməsi işlərini yüksək səviyyədə yerinə yetirmişdir.  Ötən il  "BibiHeybətneft" NQÇİ-nin  mədən ərazisində  1 min  359 ədəd, "Abşeronneft" NQÇİ-nin mədən ərazisində 2 min  200 ədəd, TRD-nin inzibati binasının ərazisində (A-4, Zığ sahəsi) 362 ədəd müxtəlif növ ağac və bəzək kolları əkilmiş, bitkilərin normal inkişafı üçün bütün aqrotexniki tədbirlər həyata keçirilmişdir.
      Hazırda  TRD  ARDNŞ-nin Qaz Emalı Zavodunun  ərazisində 8 min 890 ədəd,   "Azneft" İB-nin "BibiHeybətneft"  NQÇİ-nin mədən ərazisində 50 min 892 ədəd, "Abşeronneft" NQÇİ-nin mədən ərazisində 14 min 200 ədəd, H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisində 5 min 44 ədəd,  TRD-nin inzibati binasının ərazisində (A-4, Zığ sahəsi) isə 2 min 582  ədəd  (ümumilikdə 81 min 608 ədəd) müxtəlif növ  ağac və bəzək kollarına aqrotexniki xidmətlər göstərir. Ötən ilin yaz, payız və qış mövsümlərində xidmət göstərilən yaşıllıq sahələrindəki bitkilər lazım olan ehtiyat qida maddələri, üzvi və mineral gübrələr, münbit torpaq, peyin və su ilə mütəmadi olaraq təmin olunmuş, budanmış, quruyan ağaclar yenisi ilə əvəz olunmuşdur.
     2012-ci ildə QSC-nin "BibiHeybətneft"  NQÇİ-nin mədən ərazisində inşa edib istifadəyə verdiyi   300 m2-lik  yeni istixana kompleksi də öz səmərəsini vermişdir.  Ötən il bu istixanada yetişdirilmiş minlərlə  müxtəlif bitki növləri (həmişəyaşıl oleyandr, sərv, şərq tuyası, tək göz evkalipt, milesiya, tut və s.)  yaşıllıqların bərpası üçün istifadə olunmuşdur.
      2013-cü ildə  TRD  Heydər Əliyev adına BNEZ-nun və "Azərneftyağ" NEZ-nun Bakı Ağ Şəhər layihəsi ərazisindəki köhnə istehsalat sahələrindən neftlə çirklənmiş torpaqların daşınması  layihəsini də uğurla davam etdirmişdir. İl ərzində ərazidən  1 milyon 193 min m3-dək  neftlə çirklənmiş torpaq daşınmışdır. Hazırda layihənin icrası davam etdirilir.
     "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Torpaqların Rekultivasiyası Departamenti ARDNŞ-nin fəaliyyət sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində məqsədyönlü fəaliyyətini davam etdirir.
                 
                            
 
 
 

tarix : 13.01.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.