ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin Tullantıların Emalı Departamenti 2013-cü ili yüksək nəticələrlə başa vurmuşdur
      "Sifarişçi" məmnunluğunu qazanmaq və müqavilə öhdəliklərinə layiqincə əməl etmək  2013-cü ildə də QSC-nin  Tullantıların Emalı Departamentinin  (TED) fəaliyyətinin əsas istiqamətlərindən olmuşdur. Ötən il  BNEZ-dan TED-nin 6-cı sahəsinin(Heydər Əliyev adına BNEZ-nun 9-cu sexinin ərazisi)   mexaniki təmizləyici qurğularına daxil olan  10 milyon   m3-ə qədər sənaye çirkab suları təmizlənmiş və texnoloji proseslər  nəticəsində formalaşan  23 min 995 tona qədər neftşlam  müasir texniki vasitələrlə emal edilərək  zərərsizləşdirilmişdir. İl ərzində TED-nin 7-ci sahəsində isə  (“Azərneftyağ” NEZ-nun  8-ci sexinin ərazisi)  11 milyon 550 min  m3-ə qədər  sənaye çirkab suları təmizlənmiş, 10 min 640 ton neftşlam  emal olunaraq  zərərsizləşdirilmişdir.  Departamentin  8-ci sahəsində (Heydər Əliyev adına BNEZ-nun 9-cu sexinin ərazisi) fəaliyyət göstərən "Parafin təmizləmə sexində" isə "AAS-EKOL" MMC-dən   daxil  olan 143 tondan çox ərsin parafini sudan və mexaniki qarışıqlardan  ayrılmışdır.

  Ötən il ayrı-ayrı "Sifarişçi" təşkilatlarla bağlanmış müqavilələrə əsasən, ARDNŞ-nin  "Xəzərdənizneftdonanma", Ekologiya İdarəsi,  Qaz Emalı Zavodu,  "Kompleks Qazma İşləri" Tresti, "Neftqaztikinti" Tresti, eləcə də FHN-nin Xəzər Hövzə Qəza-xilasetmə xidməti,  AAS-ATE” MMC, “Suraxanı OİL Opereyşn Compani S.A ”, “AAS-EKOL” MMC, "İnter Qaz Servis" MMC və  "Az Metanol KO" MMC-dən  qəbul edilmiş 81 min 700 ton/ m3-dən çox  müxtəlif növ tullantılar (şlam, neft şlam, yağlı su və torpaq, məişət-təsərrüfat çirkab, axıntı suları, neftli-yağlı və mexaniki qarışıqlı tullantılar və s.) texnoloji reqlamentə uyğun emal edilərək zərərsizləşdirilmişdir.  Həmçinin, TED tərəfindən  ARDŞ-nin Neft Kəmərləri İdarəsinin  Neftin Nəqli Departamentində  neft tərkibli və məişət-təsərrüfat axıntı sularını təmizləyən qurğulara   xidmət göstərilmiş,  200 litrə qədər neftlə çirklənmiş axıntı və məişət- təsərrüfat çirkab suları təmizlənmişdir.
     2013-cü ildə TED-nin icra etdiyi prioritet ekoloji layihələrdən biri də “Sabunçu rayonu ərazisində Bakı Olimpiya Stadionunun tikintisi ilə əlaqədar ayrılmış ərazidən fekal suların  kənarlaşdırılması” layihəsi olmuşdur. İl ərzində ərazidən 413 min 407  m3-dək  fekal suları kənarlaşdırılmışdır.
     Ötən il TED  Heydər Əliyev adına BNEZ-nun və "Azərneftyağ" NEZ-nun Bakı Ağ Şəhər layihəsi ərazisindəki köhnə istehsalat sahələrindən sənaye-çirkab, axıntı sularının nəqli layihəsini də müqavilə şərtlərinə və təqvim planına uyğun  icra etmiş, bu ərazilərdən 172 min 406  m3-ə qədər sənaye-çirkab, axıntı suları təmizləyici qurğulara nəql edilmişdir
      2013-ci ildə TED texnoloji proseslərin  ətraf mühitə mənfi təsirinin  minimuma endirilməsi,  istehsalatın fasiləsizliyinin təmin edilməsi, göstərdiyi xidmətlərinin keyfiyyət və kəmiyyətinin artırılması  istiqamətində  də zəruri tədbirlər həyata keçirmişdir. TED-nin  mexaniki  təmizləyici qurğularında profilaktiki təmir işləri aparılmış, yeni FOX-15 separator  qurğusunun istismara verilməsi üçün Türk mütəxəssisləri ilə birgə hazırlıq işləri görülmüşdür. 
      TED  2014-cü  ildə də  tullantıların  idarə  edilməsi sahəsində QSC-nin qarşısında duran vəzifələrin yüksək səviyyədə  həyata keçirilməsi istiqamətində məqsədyönlü fəaliyyətini davam etdirəcəkdir. 
                            
 
 
 

tarix : 15.01.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.