ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

”Ekol Mühəndislik Xidmətləri” QSC-nin kollektivi "Qanlı Yanvar Faciəsi" nin 24-cü ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət etmişlər

Tariximizə "Qanlı Yanvar Faciəsi" kimi daxil olmuş 20 Yanvar hadisələrindən  24  il keçir. 1990-cıl ilin yanvarın  20-də keçmiş sovet  imperiyasının hərb maşınının  Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı və ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Həmin gün tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn “təcili yardım” maşınlarını və tibb işçilərini də atəşə tuturdular. Bu hadisələr zamanı  137 nəfər öldürüldü, 700 nəfər yaralandı,   800-dən çox insan isə  qanunsuz həbs edildi.
Lakin, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifələr  yazdılar, xalqın milli azadlığı və müstəqilliyi üçün yol açdılar.
İndi Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər Xiyabanıdır. Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı  ziyarət  edirlər.
Xalqımızın yaddaşına qanla həkk olunmuş 20 Yanvar hadisələri bu günlərdə Respublikamızın hər yerində dərin hüznlə və ehtiramla yad olunur, şəhidlərin ruhuna dualar oxunur. Faciənin 24-cü ildönümü ilə əlaqədar yanvarın 20 də "Ekol Mühəndislik Xidmətləri" QSC-nin rəhbərliyi və kollektivin nümayəndələri də ARDNŞ-nin çoxsaylı kollektivi ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət etmiş, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarını qurban vermiş şahidlərin unudulmaz xatirəsini yad edərək, onların məzarları üstünə tər çiçəklər düzmüşlər. Anım günü ilə əlaqədar,    QSC-nin istehsalat sahələrində də  20 Yanvar hadisələrini əks etdirən stendlər qurulmuşdur.
İllər keçəcək, lakin 20 yanvar şəhidlərinin  xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.
                  
                            
 
 
 

tarix : 20.01.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.