ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Ekoloji Monitorinq Departamenti 2013-cü ildə üzərinə düşən vəzifələrə layiqincə əməl etmişdir

      “Ekol Mühəndislik  Xidmətləri” QSC-nin  Ekoloji Monitorinq Departamenti (EMD) əvvəlki illərdə olduğu kimi, 2013-cü ildə də  bağlanmış müqavilələrə və təsdiq olunmuş iş planına uyğun olaraq, "Sifarişçi" təşkilatlara monitorinq işlərinin aparılması, texniki-normativ sənədlərin işlənib hazırlanması və analitik tədqiqat  işlərinin  yerinə  yetirilməsi kimi ekoloji  yönümlü  xidmətlər göstərmişdir.

        Ötən il EMD-nin Səyyar monitorinq xidməti tərəfindən ARDNŞ-nin “Azneft” İB-nin  “28 May” NQÇİ, “Neft Daşları” NQÇİ, “Abşeronneft” NQÇİ və N.Nərimanov adına NQÇİ-də ayda bir dəfə monitorinq işləri aparılmış, rüblər üzrə hesabat və təhvil-təslim aktları tərtib edilərək "Sifarişçi"yə təqdim edilmişdir. Monitorinq işləri əsasən hasilat və qazma işləri həyata keçirilən müəssisələrin dəniz və quru yataqlarında yerləşən istehsalat sahələrini əhatə etmişdir. Monitorinq zamanı müşahidə materialları ətraf mühitə təsirin dərəcəsindən asılı olaraq differensiallaşdırılmış və onların ekosistemə təsirinin azaldılması məqsədi ilə təkliflər hazırlanmışdır.
        "Sifarişçi" təşkilatların müqavilə şərtlərinə uyğun olaraq,  aparılmış  monitorinq zamanı hər ay müəssisələrdə formalaşan axıntı su nümunələri götürülərək EMD-nin Kompleks Tədqiqatlar Laboratoriyasına (KTL) təqdim olunmuşdur. Analitik  təhlilin nəticələrindən asılı olaraq axarların fiziki–kimyəvi təsirinin təhlükəlilik dərəcəsinin dinamikası öyrənilmişdir. İl ərzində 768 çirkləndirici axarlardan axıntı su nümunələri götürülərək təhlil edilmiş və  sifarişçilərə 36 hesabat təqdim olunmuşdur.
       2013-cü ildə EMD “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrində də ekoloji vəziyyətin yaxşılaşdırılmasını diqqət mərkəzində saxlamış və bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirmişdir. İl ərzində QSC-nin fəaliyyət sahələrində formalaşan 1.852 ton tullantı növlər üzrə çeşidlənərək  “Tullantı Mərkəzinə” təhvil verilmiş və  aylıq hesabatlar hazırlanaraq Ekologiya İdarəsinə təqdim olunmuşdur.
       Ötən il EMD-nin Normativ-texniki sənədlərlə iş şöbəsi də məhsuldar fəaliyyət göstərmişdir.  İl ərzində  müqavilə əsasında 8 "Sifarişçi"  təşkilat üçün Ekoloji Pasport, Atmosferə Atıla Bilən Tullantı Həddi Normativləri Layihəsi, Buraxıla Bilən Axıntı Həddi Normativləri Layihəsi, Təhlükəli Tullantıların İnventarlaşdırılması və Pasportlaşdırılması, Su Təsərrüfatı Pasportu (cəmi 16) ekoloji normativ-texniki sənədləri işlənib hazırlanmış, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi və “Azərsu” ASC ilə razılaşdırılaraq "Sifarişçi" təşkilatlara təhvil verilmişdir.
       2013-cü ildə EMD-nin Komleks Tədqiqatlar Laboratoriyasının (KTL) mütəxəssisləri QSC-nin və "Sifarişçi" təşkilatların istehsalat sahələrində mütəmadi olaraq tədqiqat işləri aparmışlar.  İl ərzində KTL-da "Sifarişçi" təşkilatların istehsalat sahələrində aparılmış monitorinqlər zamanı götürülmüş 2 045 nümunə üzərində 6 798 kimyəvi və fiziki- kimyəvi təhlillər aparılmış və müvafiq hesabatlar hazırlanaraq sifarişçilərə təqdim edilmişdir.
       Bununla yanaşı, KTL ötən il Argus Products LLC-nin təklif etdiyi “Green Unikleen Ultimate Absorber” reagentinin laborator sınağını keçirmiş,  bu reagentlə  8 nümunə üzərində 12 kimyəvi təhlil aparılmışdır. Eyni zamanda, Z.Tağıyev adına NQÇİ-nin neftlə çirklənmiş ərazisində "Aqranco" Korparasiyasının Oksidol bioregeneratorunun və Elpro Bakı MMC-nin “Secalflor”-nın tətbiqi üçün ayrılmış pilot  layihə sahələrindən götürülmüş 60 neftlə çirklənmiş torpaq nümunəsində 60 kimyəvi təhlil aparılmışdır. “ Bakı Ağ şəhər” layihəsi  ərazisində yerləşən ğölməçədən götürülmüş 3 axıntı suyu və 2 neftşlam nümunəsində  isə 5  kimyəvi təhlil aparılmışdır.
       Laborator analizlərinin keyfiyyətinin yaxşılaşdırılması  məqsədilə  ötən il KTL yeni avadanlıqlarla təchiz edilmişdir (Spektrometr UV-1800 “SHİMADZU”, Sorucu Şkaf (120) DİN 14175,. Quruducu şkaf rəqəmsal sterilizator 250, Hotplete 30x30 sm düzbucaqlı qızdırıcı S. Buxar hamamı 7L 3 gözlü (70-80 C Max)). Laboratoriyada istifadə edilən cihaz və avadanlıqlar Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-sınaq Mərkəzi tərəfindən növbəti yoxlamadan keçirilmişdir.
       2013-cü ilin aprel ayında  “Ekol Mühəndislik Xidmətləri” QSC-də Türk Standartları İnstitutunun auditorları tərəfindən İnteqrə edilmiş menecment sistemlərinin(İSO 9001, İSO 14001, OHSAS 18001) üçüncü tərəf auditi keçirilmiş, QSC-də beynəlxalq idarəetmə standartlarının tətbiqi yüksək qiymətləndirilmişdir. QSC üzrə təsdiq edilmiş qrafikə uyğun olaraq, EMD-nin əməkdaşları tərəfindən İl ərzində  işçi personalın maarifləndirilməsi həyata keçirilmişdir.
       “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Ekoloji Monitorinq Departamenti yüksək səviyyəli xidmətlərin göstərilməsi və "Sifarişçi" məmnunluğunun əldə olunması istiqamətində fəaliyyətini davam etdirir.
                                              
 
 
 

tarix : 22.01.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.