ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

2013-cü ildə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyət sahələrinin texniki təhlükəsizliyi və əməyin mühafizəsi yüksək səviyyədə təmin edilmişdir

       "Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyət sahələrində texniki təhlükəsizliyin təmin edilməsi və əməyin mühafizəsi  sahəsində Texniki təhlükləsizlik şöbəsi 2013-cü ildə də  operativ fəaliyyət göstərmiş, beynəlxalq standartların və normativ sənədlərin tələblərinə yüksək səviyyədə əməl edilmişdir.

       Texniki təhlükəsizlik şöbəsinin  məqsədyönlü fəaliyyəti nəticəsində, 2013-cü ildə  QSC-nin xidmət sahələrində çalışan və bütün kateqoriyalardan olan işçilər əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə üzrə biliklərin yoxlanılması imtahanından  keçirilmiş, 12 nəfər  mühəndis-texniki  və fəhlə kateqoriyalı  işçilərdən  ilk tibbi yardım üzrə kurslara cəlb edilmişdir.
 Tullantıların Emalı Departamentinin (TED) istehsalat sahələrinin, Elektromexanika sexinin, Nəqliyyat sexinin, İnzibati təsərrüfat şöbəsinin işçilərinə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları mövzusunda nəzəri və praktiki məşğələlər keçirilmişdir. Bu məşğələlərdə FHN-nin ərazi üzrə nümayəndələri də iştirak etmişlər.
        Ötən ilin hər ayında qazanxanalarda olan qaz boru xətlərinin kipliyi yoxlanılmış və aktlaşdırılmışdır. İstifadə müddəti bitməmiş, istehsalat prosesi zamanı yararsız hala düşmüş, fərdi mühafizə vasitələri müvafiq komissiya tərəfindən aktlaşdırılaraq yenisi ilə əvəz olunması  təmin edilmişdir.
        QSC-nin  fəaliyyət sahələri sarğı və dərman vasitələri ilə təmin olunmuşdur. Hər rübdə  yanğın texniki komissiyanın iclası keçirilmiş, sahələrdə olan yanğına qarşı vəziyyət müzakirə olunmuş,  aşkarlanmış uyğunsuzluqlar akt və protokollarda öz əksini tapmışdır.
        2013-cü ildə Texniki təhlükəsizlik şöbəsi tərəfindən Mülki Müdafiə üzrə Nizami rayon MM şöbəsinin təsdiq etdiyi qrafikə uyğun olaraq MM qüvvələrinə dərslər keçirilmişdir. 1 mart Ümumdünya  Mülki Müdafiə günü qeyd edilmiş və rəhbər heyəti tədbirdə iştirak etmişdir. Şöbə tərəfindəın qəzanın ləğvetmə planı hazırlanmış və qrafikə uyğun keçirilmiş dərslərdə işçilərə qəza hallarında davranış qaydaları və qəzanın planlı surətdə aradan qaldırılması haqqında məlumatlar  verilmişdir. TED-nin istehsalat sahələrinin və Elektromexanika sexinin işçilərinə il ərzində qəzanın ləğvetmə planına uyğun olaraq praktik məşğələlər keçirilmişdir.
        Ötən ilin istirahət və bayram günlərində işlərin təhlükəsiz aparılmasına nəzarət məqsədi ilə gücləndirilmiş iş rejiminə keçilmiş və işçilərin növbətçiliyə cəlb olunması məqsədi ilə müvafiq qrafiklər hazırlanmışdır. Qış və yay mövsümünə uyğun görüləcək işlərin tədbirlər planı hazırlanmış və icrası nəzarətə götürülmüşdür. Şöbənin həyata keçirdiyi  məqsədyönlü tədbirlər nəticəsində 2013-cü ildə istehsalatda heç bir qəza halları baş verməmişdir.
        İl ərzində əməyin mühafizəsi  üzrə materiallar toplanmış, təsdiq olunmuş qrafikinə uyğun olaraq  işçi personala dərslər və prezentasiyalar, eləcə də ”Elektrik təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirilmişdir.
       OHSAS-18001 tələblərinə uyğun olaraq sex və sahələrdə auditlər aparılmış, aşkar olunmuş uyğunsuzluqların aradan qaldırılması məqsədilə müvafiq  tədbirlər görülmüşdür. Yeni işə qəbul olunmuş işçilərə giriş təlimatları verilmiş və şəxsi kartoçkalar tərtib edilmişdir.
     İstehsalat sahələrində təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi üzrə müvafiq reydlər aparılmış, aşkarlanmış uyğunsuzluqlar qeydə alınmışdır. Tələb olunan ümumi təhlükəsizlik plakatlarının alınması üçün sifariş verilmiş və aidiyyatı üzrə təmin edilmişdr. QSC-də  çalışan işçilər yay və qış fərdi mühafizə vasitələri ilə təmin olunmuş, həmçinin sahələrdə istifadəyə yararsız odsöndürən balonlar yeniləri ilə əvəz  edilmişdir.
     QSC-nin  O.Vəliyev ünvanında yerləşən fəaliyyət sahələrinin inzibati binaları və məişət korpusları ”Safe Life” şirkəti tərəfindən xüsusi yanğın xəbərdaredici siqnalizasiya sistemi ilə,  tabeçilikdə olan xüsusi texnika və nəqliyyat vasitələri isə yanğın təhlükəsizliyi qaydalarına uyğun olaraq qığılcım borucuqlarla təmin olunmuşdur.  Ötən il  şöbə tərəfindən mütəmadi olaraq "AAS-EKOL" MMC-dən  qəbul olunmuş tullantıların qeydiyyatı aparılmış, aylıq və illik hesabatın hazırlanması həyata keçirilmişdir.  
      Texniki təhlükəsizlik şöbəsi QSC-nin xidmət sahələrinin texniki təhlükəsizliyinin  beynəlxalq standartlar səviyyəsində təmin edilməsi, əməyin mühafizəsi və qəza hallarının qarşısının alınması istiqamətində fəaliyyətini davam etdirir.
      
                                              
 
 
 

tarix : 24.01.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.