ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Ekoloji vəziyyətin yaxşılaşdırılması tədbirləri "Ekol Mühəndislik Xidmətləri" QSC-nin bütün xidmət sahələrini əhatə edir

       ARDNŞ-nin fəaliyyət sahələrində neftlə çirklənmiş torpaqların və sənaye-çirkab, axıntı sularının təmizlənməsi, neftşlamın emalı və zərərsizləşdirilməsi, reabilitasiya olunmuş mədən ərazilərində yaşıllıqların salınması və bitkilərə aqrotexniki xidmətlərin göstərilməsi  kimi prioritet ekoloji layihələr icra etməklə yanaşı,  “Ekol Mühəndislik Xidmətləri” QSC bu yönümdə digər xidmət sahələrində də zəruri tədbirlər həyata keçirir.

       QSC-nin xidmət sahələrində  texnoloji proseslərin təkmilləşdirilməsi, yeni texnika və texnologiyaların tətbiq edilməsi ilə yanaşı, ekoloji vəziyyətin yaxşılaşdırılmasında  mühüm əhəmiyyət kəsb edən yaşıllaşdırma tədbirlərinə də  xüsusi diqqət yetirilir. Bununla əlaqədar olaraq, QSC-nin  O.Vəliyev-1  ünvanda yerləşən ( Heydər Əliyev adına BNEZ-nin 9-cu sexinin ərazisi) xidmət sahələrində, eləcə də Zığ qəsəbəsi, Hövsan yolu ünvanda yerləşən Torpaqların Rekultivasiyası Departamentinin  inzibati binasının ərazisində  minlərlə ağac, gül və bəzək kolları əkilmiş və yaşıllıq  sahələri kifayət qədər genişləndirilmişdir. Bu istiqamətdə məqsədyönlü tədbirlər hazırda da davam etdirilir.  Yaşıllıq sahələrinin salınması və bitkilərə  aqrotexniki xidmətlərin  göstərilməsi üçün  təcrübəli mütəxəssislər, aqronomlar, bağbanlar cəlb edilmişdir.
      QSC-nin xidmət sahələrinin  yaşıllaşdırılması,  bu sahələrdə   müxtəlif  növ ağac və bəzək kollarının əkilərək  becərilməsi ərazinin mikroiqliminə, atmosferə atılan zərərli tullantıların azaldılmasına, həmçinin burada çalışan işçilərin sağlamlıqlarına və iş  qabiliyyətlərinin  artmasına  öz müsbət təsirini göstərmişdir.
       Ekoloji vəziyyətin yaxşılaşdırılmasında yaşıllaşdırmanın əsas amillərdən olduğunu nəzərə alan “Ekol Mühəndislik Xidmətləri” QSC istər layihə ərazilərində,  istərsə də digər xidmət sahələrində yaşıllıqların salınması və  genişləndirilməsi istiqamətində tədbirləri davam etdirir.
      
                                              
 
 
 

tarix : 30.01.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.