ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Nəqliyyat sexi 2013-cü ildə də fəaliyyət sahələrinə yüksək səviyyəli texniki xidmətlər göstərmişdir

      “Ekol  Mühəndislik Xidmətləri”  QSC-nin  Nəqliyyat sexi 2013-cü ildə  də həyata keçirilən ekoloji layihələrin icrasında və xidmət sahələrinin operativ fəaliyyətində   yaxından iştirak etmişdir. Sex  istehsalatın fasiləsizliyinin təmin edilməsi və ekoloji layihələrin keyfiyyətlə  həyata keçirilməsi sahəsində yüksək səviyyəli texniki xidmətlər  göstərmişdir.

       Əvvəlki illərdə olduğu kimi,  ötən ildə də  Nəqliyyat sexi xidmətində olan  xüsusi texnika və nəqliyyat vasitələri ilə  QSC-nin  Heydər Əliyev adına BNEZ-nin, "Azərneftyağ" NEZ-nin və Xəzər Dəniz Neft Donanmasının istehsalat sahələrində,  həmçinin "Surakhanı Oil Operation Company S.A." Şirkətinin, H.Z Tağıyev adına NQÇİ-nin, "Abşeronneft" NQÇİ-nin və "BibiHeybətneft" NQÇİ-nin  mədən ərazilərində QSC-nin  həyata keçirdiyi ekoloji layihələrin icrasına  layiqli texniki  xidmətlər  göstərmişdir.
      2013-cü ildə Nəqliyyat sexinin "Belarus" MTZ-892 , Ekskovator MST-542 və Buldozer Keyz markalı texniki vasitələri və özüboşaldan yük maşınları ilə  "BibiHeybətneft"  NQÇİ-nin  mədən ərazisindən 33 m3 torpaq daşınmış, 2 593 ədəd ağac əkmək üçün çala qazılmış, 87 metr uzunluğunda kanal çəkilmiş,  212 ədəd iri gövdəli ağac  çıxarılmışdır. A-4 sahəsinə 125 m3 torpaq, 8 m3 peyin, 40 m3 şirəli torpaq,  digər layihə  ərazilərindən isə 61 m3 alaq otları,  15 m3 tullantı və 15 tona qədər tikinti materialları daşınmışdır. Sexin "Kamaz" markalı ilasosları ilə yay mövsümündə QSC-nin  Bakı Ağ Şəhər layihəsi ərazisinə suvarılma  üçün   3 200 m3 su daşınmışdır.
     Ötən il sexin xüsusi texniki vasitələri ilə "Surakhanı Oil Operation Company S.A." şirkətinin mədən ərazilərindən  38 min  327 m3 mədən axıntı suları, Xəzər Dəniz Neft Donanmasından 798 m3-ə qədər  döşəməaltı, lyal axıntı suları, ARDNŞ-nin Ekologiya İdarəsindən 70 m3 neft tərkibli suları,  Neftqaztikinti  trestinin  ərazisindən 535 m3 çirkab-axıntı suları və " Az Metanol Ko" MMC-nin fəaliyyət sahələrindən 46 m3 neftlə çirklənmiş suları   QSC-nin Tullantıların Emalı Departamentinin təmizləyici qurğularına daşınmışdır. Lilsovuran texniki vasitələrlə  ARDNŞ-nin Neft Kəmərləri İdarəsinin  Abşeron  rayonu  ərazisindəki  fəaliyyət sahələrində olan  bioloji qurğularda  məişət-texniki və neftli-yağlı suların təmizlənməsi işləri (285 saat) həyata keçirilmişdir.
      2013-cü ildə  Heydər Əliyev adına BNEZ və "Azərneftyağ" NEZ-nin ərazilərində  fəaliyyət göstərən (Alfa-Laval) dekantor qurğuları vasitəsilə neftşlamın emalı nəticəsində  formalaşmış torpaq  "Belarus"    Mur-351 və Buldozer Keyz markalı traktorlarla  "Kamaz" markalı özüboşaldan nəqliyyat vasitələrinə yüklənərək  xüsusi ərazilərə   boşaldılmışdır.  QSC-nin xidmət sahələrinin  məişət və suvarma suyu ilə təmin edilməsi məqsədilə, NəqliyyaPt sexinin Ford Truck 1826D markalı  nəqliyyat vasitəsilə həmin ərazilərə 2 min 822 m3 su daşınmışdır.
     “Ekol  Mühəndislik Xidmətləri”  QSC-nin   maddi-texniki bazasının gücləndirilməsi istiqamətində tədbirlər ötən ildə davam etdirilmişdir. Bu məqsədlə 3 ədəd  yük maşınları alınaraq  xidmət sahələrinə göndərilmişdir. QSC-nin Nəqliyyat sexi 2014-cü ildə də  qarşıda duran  vəzifələrin əzmlə həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
 
                                                   
 
 
 

tarix : 04.02.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.