ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC 2013-cü ildə də tullantıların idarə olunmasını beynəlxalq standartlar səviyyəsində həyata keçirmişdir

     "Ekol Mühəndislik Xidmətləri" QSC ekoloji yönümlü layihələr icra etməklə  yanaşı,  ətraf mühitin mühafizəsinə də xüsusi diqqət yetirir və bu sahədə  müvafiq tədbirlər görülür. Ötən illərdə olduğu kimi,  2013-cü ildə də  QSC-nin xidmət sahələrində formalaşan müxtəlif növ tullantıların idarə olunması, Azərbaycan Respublikası  Dövlət  Neft  Şirkətinin  02.04.2010-cu il tarixli, 45 saylı əmri ilə təsdiq edilmiş “Tullantıların  İdarə  Olunması  Planı”na və beynəlxalq standartların tələblərinə uyğun olaraq həyata keçirilmişdir.

     Ötən il QSC-də formalaşan 1846 m3 kanalizasiya suyu müqaviləyə əsasən "Azərsu" ASC-nə,  22 tona qədər bərk tullantılar BMKTD-nə, 2 tondan artıq xüsusi tullantılar isə (avtomobil şinləri və müxtəlif rezin tullantıları, akkumulyatorlar və qalvanik elementlər, yanacaq və yağ süzgəcləri, lüminessensiya lampaları, məişət elektrik  cihazları,  katriclər və tonerlər,  faks və telefon aparatları və s.) müvafiq qaydada  ARDNŞ-nin Ekologiya İdarəsinin "Tullantı mərkəzi"nə təhvil verilmişdir.
     "Ekol Mühəndislik Xidmətləri" QSC xidmət sahələrində formalaşan tullantıların beynəlxalq standartların tələbləri səviyyəsində  idarə olunması üçün məqsədyönlü tədbirlər həyata keçirir.
            
                            
 
 
 
 

tarix : 07.02.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.