ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC xidmət göstərdiyi yaşıllıq sahələrində qış mövsümünə uyğun işlər həyata keçirilir

      "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Torpaqların Rekultivasiyası   Departamenti (TRD) "Sifarişçi" təşkilatların yaşıllıq sahələrinə göstərdiyi aqrotexniki  xidmətlərin keyfiyyətinin artırılması, bitkilərin mühafizəsi və normal  inkişafı üçün zəruri tədbirlər həyata keçirir .

      TRD-nin aqrotexniki xidmətlər göstərdiyi yaşıllıq sahələrində  qış mövsümü ilə əlaqədar, bitkilərə  üzvü və qeyri-üzvü gübrələr verilmiş  və dayaqların bərkidilməsi  işləri  yerinə  yetirilmişdir.   Bununla yanaşı, şaxtalı günlərdə donvurmanın qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi də nəzərdə tutulmuşdur. QSC-nin istixanasında  yaz mövsümündə  yaşıllıq sahələrinin genişləndirilməsi və bərpa işlərinin yerinə yetirilməsi məqsədilə  minlərlə ağac və bəzək kolları  tinglərinin  yetişdirilməsi  işləri də davam etdirilir.

      Xatırladaq ki, hazırda QSC-nin  TRD  ARDNŞ-nin Qaz Emalı Zavodunun ərazisində və "Azneft" İB-nin  "Abşeronneft", "Bibiheybətneft", H.Z. Tağıyev adına neftqazçıxarma idarələrinin  mədən ərazilərindəki yaşıllıq sahələrində  82 min ədədə qədər müxtəlif  növ ağaclara,  bəzək  və gül kollarına aqrotexniki xidmətlər göstərir.

                                         
 
 

tarix : 11.02.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.