ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-də işçi personalın və dövlət əmlakının yanğından mühafizəsinə xüsusi diqqət yetirilir

     "Ekol Mühəndislik Xidmətləri" QSC-də  çalışan işçi personalın, eləcə də dövlət əmlakının  yanğından mühafizəsinin təmin edilməsi və baş  verə biləcək yanğın hadisələrinin qarşısının vaxtında alınması məqsədi ilə Texniki təhlükəsizlik şöbəsi (TTŞ) tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilir, işçilərin  maarifləndirilməsi üçün vaxtaşırı treninqlər,  praktiki  məşğələlər və dərslər keçirilir.

      Bu tədbirlər çərçivəsində,  fevralın 10-da QSC-nin O. Vəliyev 1 ünvandakı xidmət sahəsində könüllü yanğınsöndürmə dəstələri ilə yarımavtomatik köpüklə yanğınsöndürmə sistemindən istifadə qaydaları haqqında, fevralın 11-də isə baş ofisin işçilərinə “İlkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları” mövzusunda növbəti  praktik  məşğələlər keçirilmişdir. 
     Məşğələlərdə TTŞ-nin rəisi Səbuhi Veysəlov və  Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin  DYMX-nin NM üzrə YMD-nin 18 saylı YMH-nin inspektoru D/X kapitanı R. Şeyxzadə  yanğın zamanı görüləcək ilkin tədbirlər, həmçinin köpüklə yanğınsöndürmə sistemindən  və odsöndürən balonlardan istifadə qaydaları  haqqında  iştirakçılara geniş məlumat  vermişlər.  Bununla yanaşı, yanğın zamanı yerinə yetiriləcək hərəkətlər praktiki olaraq nümayiş  etdirilmişdir.
     Texniki  təhlükəsizlik  şöbəsi QSC-nin xidmət sahələrində yanğından mühafizə tədbirlərini davam etdirir.
 
                                        
 
 

tarix : 14.02.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.