ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-də Belçikanın "Ecorem" şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir

      "Ekol Mühəndislik Xidmətləri" QSC-nin  xarici əlaqələrinin genişləndirilməsi və nanotexnologiyaların əldə olunması sahəsindəki tədbirlər planı çərçivəsində  fevralın 18-də QSC-nin  baş ofisində Belçikanın  "Ecorem" şirkətinin  nümayəndələri ilə görüş keçirilmişdir.

      Görüşdə QSC-nin baş direktorunun istehsalat üzrə müavini-Texniki direktor Məzahir Hüseynov, baş direktorun SƏTƏM üzrə müavini Rəşad İsmayılov, əlaqədar departament və şöbə rəisləri, həmçinin ARDNŞ-nin Ekologiya İdarəsinin nümayəndəsi  iştirak etmişlər.
       QSC-nin  baş direktorunun  müavini Məzahir Hüseynov  qonaqları səmimi salamlayaraq QSC haqqında ümumi məlumatı  onların diqqətinə çatdırdı. O,  QSC-nin  yeni texnologiyaların əldə olunması istiqamətində daimi axtarışda olduğunu vurğulayaraq  bu görüşdə də yeni texnologiyalar barədə maraqlı məlumatların əldə olunacağına və əməkdaşlıq əlaqələrinə zəmin yaranacağına əminliyini bildirdi.  Sonra söz qonaqlara təqdim olundu.
     "Ecorem" şirkətinin   layihələr üzrə meneceri Dr. MARJORİF PIVIN  səmimi qəbul üçün QSC-nin  rəhbərliyinə öz minnətdarlıqlarını bildirdi. O  təmsil etdikləri şirkətin məsləhətçi bir şirkət olması ilə yanaşı, neftlə çirklənmiş torpaqların təmizlənməsi sahəsində də bir sıra ekoloji layihələr  həyata keçirdiyini qeyd etdi. Qonaq bildirdi ki, 2013-cü ilin noyabr ayından başlayaraq  "Ecorem" şirkəti ilə  ARDNŞ arasında  əməkdaşlıq  əlaqələri yaranmışdır. ARDNŞ ilə olan müqaviləyə əsasən Abşeron yarımadasında neftlə çirklənmiş torpaqların  texniki-iqtisadi əsaslandırılması layihəsi "Ecorem" şirkətinə həvalə edilmişdir. Hazırda bu  layihə üzrə  işlər uğurla davam etdirilir.
   Sonra qonaqlar ayrı-ayrı ölkələrdə həyata keçirdikləri ekoloji layihələrin elektron məlumatlarını görüş iştirakçılarına təqdim etdilər.  Təqdimatla əlaqədar geniş müzakirələr aparıldı və bir sıra texniki məsələlərə aydınlıq gətirildi.
      Sonda Məzahir Hüseynov maraqlı təqdimata görə  qonaqlara öz təşəkkürünü bildirdi. Qərara alındı ki, gələcəkdə ikitərəfli əməkdaşlıq əlaqələrinin yaradılması üçün  qarşılıqlı araşdırmalar aparılsın, görüşlər və müzakirələr davam etdirilsin. O qonaqları QSC-nin istehsalat sahələri ilə tanış olmaq üçün dəvət etdi.  Bununla da görüş qarşılıqla anlaşma şəraitində  başa çatdı.
 
            
                            
 
 

tarix : 18.02.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.