ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“ Ekol Mühəndislik Xidmətləri ” QSC-də Xocalı faciəsinin 22-ci il dönümü ilə əlaqədar tədbir keçirilmişdir

Xocalı faciəsindən 22 il ötməsinə baxmayaraq, bu qanlı  faciənin  ildönümü hər il daha da geniş  miqyasda qeyd olunur, fəlakət qurbanlarının  xatirəsi qədirbilən xalqımız tərəfindən  böyük ehtiramla yad edilir.

Fevralın 26-da "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş ofisində və istehsalat sahələrində də faciənin 22-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilmişdir.  İstehsalat sahələrində stendlər quraşdırılmışdsır. Keçirilən tədbirlərdə isə  faciəni  əks etdirən video çarxlar  nümayiş olunmuşdur.
Tədbirdə çıxış edən QSC-nin baş direktoru Ramil Əliyev qeyd etmişdir ki, xüsusi qəddarlıqla törədilmiş Xocalı soyqırımı  erməni şovinist-millətçilərinin  azərbaycanlılara qarşı iki əsrdən artıq dövrdə həyata keçirdikləri etnik təmizləmə siyasətinin davamı və tarixin qara səhifəsidir. Amansız qətllərlə dünya tarixində silinməz izlər buraxan Xocalı soyqırımı, əslində erməni təcavüzkarlarının  yalnız Azərbaycan xalqına deyil, insanlığa qarşı ən ağır cinayəti, bəşəriyyətə  yönəldilmiş qəddarlıq təcəssümü idi.
Xocalı soyqırımına hüquqi qiymət verilməsi, faciənin  beynəlxalq müstəvidə tanıdılması  və  erməni faşizminin  ifşası ilə bağlı ilk  təşəbbüs  ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı mərhələyə  təsadüf  edir. Ulu öndərin təşəbbüsü ilə  1994-cü il fevralın  24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etmiş, BMT-yə və dünya  dövlətlərinə  bu  qətliamın  gerçək mahiyyətini açıqlayaraq  beynəlxalq ictimaiyyəti  erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırmışdır.
Lakin  hadisələr göstərir ki,  erməni millətçiləri hələ  də özlərinin  bədnam və çirkin  niyyətlərindən əl çəkməyiblər. Onlar  tarix qarşısındakı cinayətlərini ört-basdır etmək üçün müxtəlif vasitələrlə tarixi saxtalaşdırmağa əl atır, onu öz  xeyirlərinə yazmağa  cəhd göstərirlər. Təəssüf ki, insan hüquqlarının kütləvi və kobud  şəkildə pozulması ilə nəticələnən Xocalı soyqırımına hələ də  beynəlxalq miqyasda hüquqi qiymət verilməmişdir. Odur ki, nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqlı mövqeyini dəstəkləməli, işğalçı Ermənistan dövlətinə qarşı sərt sanksiyalar qəbul etməlidir. Ümumən insanlığa qarşı yönəldilmiş bu son dərəcə  ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır.
Tədbirlərdə çıxış edən digər natiqlər isə  xüsusilə vurğuladılar ki, Xocalı faciəsi   xalqımızın  böyük dərdi və kədəri olmaqla yanaşı,  eyni zamanda Azərbaycan xalqının  qan yaddaşında öz milli azadlığı uğrunda  keçdiyi şərəfli mübarizə yolu kimi qalacaqdır.  Azərbaycan  dövlətinin uğurlu  xarici siyasəti nəticəsində   artıq erməni yalanları ifşa olunur, ermənilərin iç üzü dünyaya  açılır. Gün gələcək ki,  Xocalı soyqırımını törədən  erməni cinayətkarları öz layiqli cəzalarına çatacaqlar.
Tədbirlərin  sonunda  Xocalı  qətliamını  əks etdirən video çarxlar  nümayiş olunmuş, faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
  

tarix : 26.02.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.