ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“BibiHeybətneft” NQÇİ-nin mədən ərazisindəki yaşıllıq sahəsində mövsümü işlər davam edir
      Azərbaycanda neftin uzun illər sənaye üsulu  ihasil edilməsi və emalı nəticəsində minlərlə hektar torpaq sahəsi çirklənərək yararsız hala düşmüşdür. Bununla əlaqədar olaraq, ARDNŞ-nin ekoloji siyasətində  neft-qaz əməliyyatları zamanı çirklənmə mənbələrinin ləğv edilməsi, çirklənmiş torpaqların təmizlənməsi və yaşıllaşdırılması ARDNŞ-nin ekoloji siyasətində   mütləq bir şərt kimi qəbul edilmişdir.

      Ekoloji siyasətin icrasını təmin etmək məqsədilə, son 10 ildə ARDNŞ-nin   fəaliyyət sahələrində iri miqyaslı ekoloji layihələr həyata keçirilmiş, xüsusilə çirklənmiş torpaqların təmizlənməsi və reabilitasiya olunmuş ərazilərdə yaşıllıq sahələrinin salınması işləri geniş vüsət almışdır. Ekoloji layihələrin icrasında ARDNŞ-nin  təsisçisi olduğu “Ekol Mühəndislik Xidmətləri” QSC də yaxından iştirak etmişdir.

     Həyata keçirilən tədbirlər sırasında Bakının qərb qapısı hesab edilən, xüsusi coğrafi mövqeyi, relyefi, meteoroloji xüsusiyyətləri və infrastruktur şəbəkəsinin müxtəlifliyi ilə Abşeron yarımadasının digər ərazilərindən  fərqlənən BibiHeybət sahəsi xüsusi əhəmiyyət kəsb edir.

      Ötən illər ərzində “BibiHeybətneft” NQÇİ-nin reabilitasiya olunmuş 40 hektardan çox mədən ərazisində  50 mindən çox mühitə davamlı ağac və bəzək  kolları əkilmişdir.  Hazırda QSC-nin Torpaqların Rekultivasiyası Departamentinin (TRD) peşəkar mütəxəssisləri tərəfindən bu yaşıllıq sahələrinə aqrotexniki xidmətlər  göstərilir. Mövsümü işlərlə əlaqədar ağacların dibləri boşaldılır, qurumuş ağaclar bərpa edilir, bitkilərə üzvü və qeyri üzvü gübrələr verilir. Ərazi damcı suvarma sistemləri ilə təmin olunmuşdur.

      Bununla yanaşı yaşıllıq sahələrinin genişləndirilməsi istiqamətində də məqsədyönlü işlər görülür. Bu  məqsədlə ərazidə 1 hektardan çox yeni  sahə ayrılmış və yaxın günlərdə  ağac əkininə  başlanacaqdır. Ərazidə əkilmək üçün TRD-nin istixanasında yetişdirilmiş bitkilərdən istifadə edilməsi nəzərdə tutulmuşdur.

  
 
 
 

tarix : 04.03.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.