ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də İSO standartları üzrə üçüncü tərəfin auditi keçirilir
      "Ekol Mühəndislik Xidmətləri" QSC-də Beynəlxalq İdarəetmə Sistemlərinin tələblərinə əməl olunmasının düzgünlüyünün yoxlanılması, aşkar edilmiş uyğunsuzluqların vaxtında aradan qaldırılması və qabaqlayıcı  tədbirlərin görülməsi məqsədilə növbəti dəfə Türk Standartları İnstitutunun (TSİ) tədqiqçiləri tərəfindən  auditi  həyata keçiriləcəkdir.

      Bununla  əlaqədar  olaraq martın 11-də, QSC-nin baş ofisində auditin açılış toplantısı keçirilmişdir. Toplantıda  QSC-nin baş direktor Ramil Əliyev, baş direktorun müavinləri, departament və şöbə rəisləri, həmçinin Türk Standartları İnstitutunun   Azərbaycan  təmsilçisi  Səlim  Çələbi, baş  auditor Xatirə Salahova və  baş menecer Namiq Həsənov iştirak etmişlər.

      Baş direktor Ramil Əliyev TSİ  təmsilçilərini səmimi salamlayaraq  ötən dövr  ərzində  QSC-də Beynəlxalq İdarəetmə Sistemlərinin tələblərinə uyğun olaraq görülmüş  işlər  barədə  ətraflı məlumat vermiş və bu sahədə əldə olunan uğurlardan  danışmışdır. O, qeyd etmişdir ki, ötən audit  nəticəsində aşkar olunmuş uyğunsuzluqlar qısa zamanda aradan qaldırılmış və təkrar yol verilməməsi  üçün qabaqlayıcı tədbirlər görülmüşdür.

     TSİ-nun Azərbaycan  təmsilçisi Səlim Çələbi səmimi qəbula görə minnətdarlığını  bildirmiş və qeyd  etmişdir ki,  İSO 9001, İSO 14001 və OHSAS 18001 Beynəlxalq  İdarəetmə Sistemlərini qəbul etmiş "Ekol Mühəndislik Xidmətləri" QSC Azərbaycanda  bu standartların tələblərinə uyğun fəaliyyət göstərən nümunəvi şirkətlərdən  biridir. O, Beynəlxalq Standartlar sahəsində  QSC-də görülən  işlərdən və əvvəlki auditlərin  nəticələrindən razı qaldıqlarını  vurğulayaraq, keçiriləcək növbəti auditin də  müsbət nəticələrlə başa çatacağına əminliyini bildirmişdir.

      QSC-nin baş direktor  Ramil  Əliyev TSİ-nun təmsilçilərinə  uğurlar  arzulamış, auditin şəffaf və işgüzar şəraitdə keçməsi üçün hərtərəfli şərait yaradılacağını, bu barədə bütün  struktur bölmələrinə müvafiq tapşırıqlar verildiyini  qonaqların diqqətinə çatdırmışdır.

      TSİ təmsilçilərinin  üçüncü tərəf  auditi martın 11-dən 14-dək keçiriləcək və QSC-nin bütün  struktur bölmələri əhatə oluncaqdır.

 

 
 
 

tarix : 11.03.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.