ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri ” QSC-də İSO standartları üzrə keçirilən üçüncü tərəfin auditi yüksək nəticələrlə başa çatmışdır

     Qeyd edildiyi  kimi martın 11-dən 14-dək  Türk Standartları İnstitutunun (TSE)  auditorları tərəfindən “Ekol Mühəndislik Xidmətləri” QSC-də İSO-9001, İSO-14001 və OHSAS-18001 Beynəlxalq  İdarəetmə  Sistemləri standartlarının tələblərinə əməl olunması və standartlara uyğunluğun  yoxlanması üzrə  üçüncü tərəfin auditi keçirmişdir.

    Audit şəffaf və işgüzar şəraitdə  başa  çatmış  və  martın 14-də qapanış toplantısı keçirilmişdir. Toplantıda  auditin nəticələri müzakirə edilmişdir. TSE təmsilçiləri Səlim  Çələbi və baş  auditor  Xatirə  Salahova   nəticələr  barədə  QSC-nin rəhbərliyinə və kollektivin  nümayəndələrinə  məlumat vermişlər. Qeyd olunmuşdur ki,  audit ayrı-ayrı şöbələrdə və xidmət sahələrində keçirilmiş, hər üç standartın tələblərinə yüksək səviyyədə əməl olunduğu aşkar edilmişdir. Bir neçə xırda uyğunsuzluqlar  nəzərə  alınmaqla  nəticələr  ümumən qənaətbəxş  olmuşdur. 
    TSE-nin Azərbaycan təmsilçisi Səlim Çələbi, Azərbaycanda Beynəlxalq  İdarəetmə  Sistemlərinin tam mənimsənilməsi, təkmilləşdirilməsi və standartların tələblərinə əməl olunması sahəsində  “Ekol  Mühəndislik  Xidmətləri” QSC kimi nümunəvi  şirkətlərin olmasını  müsbət hal kimi qiymətləndirmişdir. O,  TSE-nin   beynəlxalq standartlar çərçivəsində QSC-nə hər zaman dəstək olmağa hazır olduğunu və auditin nəticəsi olaraq QSC-nin hər üç standartlar  üzrə sertifikatlarının vaxtının  daha bir il uzadıldığını toplantı iştirakçılarının diqqətinə çatdırmışdır.
    Toplantıda çıxış edən QSC-nin baş  direktoru  Ramil  Əliyev və Ekoloji Monitorinq  Departamentinin rəisi Şahabiddin  Albuşov TSE təmsilçilərinə  auditin şəffaf şəraitdə keçirilməsinə və  göstərdikləri dəstəyə görə öz dərin təşəkkürlərini bildirmişlər. Baş direktor Ramil Əliyev keçirilən  auditin nəticəsində aşkarlanmış uyğunsuzluqların qısa zamanda aradan qaldırılacağını  və bundan sonra da  QSC-nin bütün  fəaliyyət  sahələrində   İSO-9001,           İSO-14001 və OHSAS-18001 Beynəlxalq  İdarəetmə  Sistemlərinin tələblərinə yüksək səviyyədə əməl olunacağını xüsusilə qeyd etmişdir.
     Bununla da  TSE təmsilçilərinin QSC-də üç gün ərzində keçirdikləri üçüncü tərəf auditin nəticələrinə həsr olunmuş qapanış toplantısı başa çatmışdır.
 

 
 
 

tarix : 14.03.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.