ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“ Ekol Mühəndislik Xidmətləri ” QSC-də “31 mart -Azərbaycanlıların Soyqırımı Günü” nün 96-cı ildönümü ilə əlaqədar tədbir keçirilmişdir

       Ümummilli  lider  Heydər  Əliyevin  27 mart  1998-ci il «31 mart Azərbaycanlıların Soyqırımı haqqında» fərmanı ilə 31 mart- Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.  Həmin ildən başlayaraq martın  31-də bütün Azərbaycan xalqı, o cümlədən xaricdə yaşayan soydaşlarımız soyqırımı qurbanlarının  xatirəsini yad edir, ermənilərin vandalizm və işğalçı siyasətini  pisləyirlər.

       "Ekol Mühəndislik Xidmətləri" QSC-də də  hər il bu tarixi faciə günü ilə əlaqədar tədbirlər keçirilir. Martın 31-də  isə QSC-nin  istehsalat  sahələrində  “31 mart-Azərbaycanlıların Soyqırımı  Günü”nün 96-cı ildönümü  ilə əlaqədar   növbəti tədbirlər keçirilmişdir. Bununla yanaşı,  QSC kollektivinin  nümayəndələri YAP Nizami rayon təşkilatının Quba Kütləvi Məzarlığına təşkil etdiyi ziyarətdə də iştirak etmişlər.
      Tədbirlərdə çıxış edənlər qeyd etmişlər ki, iki  əsr ərzində  ermənilər tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Qeyri insani siyasət nəticəsində azərbaycanlılar min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi mədəni abidələr və yaşayış məskənləri dağıdılaraq viran edilmişdir.
      Erməni daşnakları təkcə bu gün  Ermənistan  adlanan ərazidə deyil, eləcə də Bakı quberniyasında, Şamaxı,  Quba  və  Göyçay şəhərlərində,  Qarabağda, Zəngəzurda, Naxçıvanda da  vaxtaşırı olaraq xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirmişlər.
      Çıxışlarda qeyd olunmuşdur ki,  xalqımıza  qarşı törədilən  soyqırımından  96 il ötməsinə  baxmayaraq,  bu vəhşiliklər  xalqın  qan yaddaşında dərin iz buraxmışdır. Tarixin hələ tam açılmamış səhifələrindən biri olan bu soyqırımı hadisəsi xalqımıza qarşı dəfələrlə törədilmiş kütləvi qətl kimi qiymətləndirilməlidir.  Gələcəkdə bu kimi halların baş verməməsi üçün biz gənc nəsli vətənpərvərlik və mübarizlik ruhunda tərbiyə etməliyik.  Ulu öndərimiz Heydər Əliyevin sözləri ilə desək “Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən  bu ağır cinayətləri unutmamaq, böyüyən  nəsli  bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir”. 
      Çıxışlarda vurğulanmışdır ki, ötən əsrdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı və deportasiya siyasəti bu gün  də özünü Dağlıq Qarabağda baş verən məlum hadisələrlə büruzə verir. Bu  həm də onu göstərir ki, ermənilərin xalqımıza olan tarixi münasibəti dəyişməyib. Ancaq Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən mövqeyi və real beynəlxalq vəziyyət ötən əsrdən tamamilə fərqli olduğuna görə yəqin ki, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli, erməni işğalçılarının torpaqlarımızdan çıxarılması, daşnak ideyalarının davamçılarının yerində oturdulması mümkün olacaqdır.
     Sonda tədbir iştirakçıları bütövlükdə ermənilərin vandalizm və işğalçı siyasətinə sonsuz qəzəb hissi ilə öz etirazlarını bildirmiş və  soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
  
  
 
 
 

tarix : 31.03.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.