ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-də ABŞ-nın Harmsco Europe şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir
      Aprelin 3-də QSC-nin baş ofisində çirkab suların filtrasiyası və neftlə çirklənmiş torpaqların təmizlənməsi sahəsində fəaliyyət göstərən ABŞ-nın Harmsco Europe  şirkətinin    nümayəndələri ilə görüş keçirilmişdir.   

       Görüşdə QSC-nin baş direktorunun istehsalat üzrə müavini-Texniki direktor Məzahir Hüseynov, baş direktorun SƏTƏM üzrə müavini Rəşad İsmayılov, əlaqədar departament və şöbə rəisləri, həmçinin Harmsco Europe  şirkətinin    nümayəndələri  dott.  Rudy   Stracagnolo və dott.  Andrea Melo iştirak etmişlər.
       QSC-nin  baş direktorunun  müavini Məzahir Hüseynov  qonaqları səmimi salamlayaraq  görüş iştirakçılarını onlara təqdim  etdi və QSC haqqında qısa  məlumatı  qonaqların diqqətinə çatdırdı.  Sonra söz  Harmsco Europe  şirkətinin  nümayəndələrinə verildi.
       dott.  Andrea  Melo öncə səmimi qəbula görə QSC rəhbərliyinə öz minnətdarlıqlarını bildirdi. O qeyd etdi ki, Harmsco Europe şirkəti  çirkab suların təmizlənməsində istifadə olunan müxtəlif filtrlər istehsal edən  və bu sahədə layihələr  həyata keçirən,  eyni zamanda çirklənmiş torpaqların təmizlənməsi sahəsində fəaliyyət göstərən bir şirkətdir.  dott.  Andrea  Melo təmsil etdiyi şirkətin həyata keçirdiyi layihələr və çirkab suların filtrlər vasitəsi ilə təmizlənməsi texnologiyaları haqqında  görüş iştirakçılarına geniş məlumat verdi.  Sonra mövzu ətrafında  müzakirələr aparıldı.   
       Məzahir Hüseynov maraqlı  məlumata  görə  qonaqlara öz təşəkkürünü bildirdi. O qeyd etdi ki, "Ekol Mühəndislik Xidmətləri" QSC-nin əsas fəaliyyət sahələrindən biri də sənaye-çirkab suların təmizlənməsidir. Ona görə də yaxşı olardı ki, QSC-nin sənaye axarlarına daxil olan çirkab sular nəzərdən  keçirilsin  və bu suların  filtrlərlə  təmizlənməsi haqqında konkret təkliflər verilsin.  Qonaqlar bu təklifin məqsədəuyğun olduğunu  bildirdilər və qərara alındı ki,  növbəti görüşlərdə texniki mütəxəssislər cəlb olunmaqla  sənaye axarlarına baxış keçirilsin və əməkdaşlığın mümkün variantları müəyyən edilsin.
        Sonda  qərara alındı ki,  gələcəkdə  ikitərəfli əməkdaşlıq əlaqələrinin yaranması üçün  qarşılıqlı araşdırmalar aparılsın, görüşlər və müzakirələr davam etdirilsin.  Bununla da  görüş başa çatmışdır.

 
 

tarix : 04.04.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.