ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Ekoloji Monitorinq Departamentinin Kompleks tədqiqatlar laboratoriyasının (KTL) maddi texniki bazası gücləndirilir

       “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  Ekoloji Monitorinq Departamentinin Milli Sertifikatlaşma Sistemində akkreditasiyadan keçmiş  KTL  dənizdə və quruda ətraf  mühitin  vəziyyətinin  tədqiq edilməsi və  QSC-nin istehsalat sahələrində analitik nəzarətin aparılması üzrə çoxşaxəli xidmətlər göstərir.

      Laboratoriyada  aparılan  tədqiqat işləri spektr və xarakter etibari ilə müxtəlifdir . Hazırda laboratoriyada dəniz suyu, neftşlam, torpaq, sənaye axıntı suları, lay suları və s. müxtəlif  xarakterli nümunələrdə onlarla inqredientlərin təyini üzrə tədqiqat işləri aparılır.
      KTL-da analitik təhlillərin spektrinin genişləndirilməsi və keyfiyyətinin   yaxşılaşdırılması  məqsədilə,  maddi texniki bazanın  gücləndirilməsi və digər əlavə tədbirlərin  görülməsi  istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində  tədqiqat işlərinin  müasir standartlara müvafiq olaraq aparılması məqsədilə, 2013-cü ilin  dekabr  ayında Yaponiyanın "Şimadzu" şirkətinin istehsalı olan UV-1800 spektrofotometri alınmışdır. Cihaz xüsusi proqram (UVProbe) təchizatı ilə idarə olunur və 190-1100 nm dalğa uzunluğu diapazonuna daxil olan bütün inqredientləri təhlil etmək qabiliyyətinə malikdir. Ammonium,  nitritlər,  nitratlar,  fosfatlar,  silikatlar,  sintetik  səthi  aktiv maddələr, OKT, OBT, fenollar, xloridlər, sulfatlar, fosfor, brom, yod, kalsium, kalium və digər bir sıra  inqredientlər  bu  diapazona daxildir.
    Spektrofotometrin proqram təminatını və cihazın kalibrlənməsini, həmçinin laboratoriyanın mütəxəssislərinə bir neçə inqredient üzrə iş təlimatının öyrədilməsini  "Şimadzu"  şirkətinin  Azərbaycandakı təmsilçisi  Ant Texnik şirkəti həyata keçirmiş və təlimat uğurla başa çatdırılmışdır. UV-1800 spektrofotometrinin  proqram  təminatı, tədqiqat  diapazonunun geniş olmasına və təhlil elementlərinin ən aşağı xəta ilə tədqiqinə geniş imkanlar  yaradır. Cihazın tam gücü ilə işə salınması üzrə işlər KTL-nın mütəxəssisləri tərəfindən davam etdirilir və ardıcıl olaraq tədqiq olunan inqredientlərin  sayı tədricən  artırılır.
   Eyni zamanda  KTL-na yeni sorucu şkaf, su hamamları, qızdırıcı plitələr, laborator  qablar, reaktivlər  alınmış, işçilərin  iş şəraitinin daha da yaxşılaşdırılması  məqsədilə  laboratoriyada əlavə iş otağı  təmir olunaraq istifadəyə verilmişdir.
     KTL-nın maddi texniki bazasının gücləndirilməsi, müasir tipli cihaz və avadanlıqlarla təchiz edilməsi sahəsində tədbirlər bundan sonrada davam etdiriləcəkdir.
 
 
 
 
 

tarix : 11.04.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.