ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“ Ekol Mühəndislik Xidmətləri ” QSC-də növbəti iməcilik keçirilmişdir

     ARDNŞ-nin "Ətraf mühitin mühafizəsi üzrə 2014-cü ilin Tədbirlər Planı" çərçivəsində  Şirkətin  fəaliyyət  sahələrində iməciliklər davam  edir.  Bununla əlaqədar olaraq, aprelin 12-də   "Ekol Mühəndislik Xidmətləri" QSC-nin bütün  istehsalat sahələrində də  növbəti iməcilik keçirilmişdir.

      Aprelin 12-də QSC-nin xidmət göstərdiyi  Qaz Emalı Zavodunun yaşıllıq sahəsində  və “BibiHeybətneft" NQÇİ-nin mədən ərazisində ağacəkmə  aksiyası  keçirilmişdir.  Bu aksiyada  ARDNŞ və "Azneft" İB-nin  kollektivi ilə yanaşı  "Ekol Mühəndislik  Xidmətləri" QSC-nin kollektivi də  yaxından iştirak etmişdir. Aksiyaya  həmçinin  ARDNŞ-nin  prezidenti  Rövnəq  Abdullayev,  Şirkətin vitse-prezidentləri və digər rəhbər işçilər də qatılmışlar.  Keçirilən bu iməcilikdə Qaz Emalı Zavodunun ərazisində 900 ədəd müxtəlif növ ağaclar, “BibiHeybətneft"  NQÇİ-nin mədən ərazisində isə 1 500 ədəd  zeytun ağacı əkilmişdir.
      Bununla yanaşı,  QSC-nin   Heydər Əliyev adına BNEZ-nun və “Azərneftyağ”  NEZ-nun ərazilərində yerləşən istehsalat sahələrində, eləcə də “Abşeronneft” və  Z. Tağıyev adına NQÇİ-nin mədən ərazilərindəki yaşıllıq sahələrində  xeyli təmizlik və abadlıq işləri yerinə yetirilmişdir.
     "Ekol Mühəndislik Xidmətləri" QSC  iməcilikləri aprel ayının növbəti şənbə günləri də  davam etdirəcəkdir. 
 
 
 
 
 
 

tarix : 12.04.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.