ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Tullantıların Emalı Departamentinin 7-ci sahəsinin kollektivi “Azərneftyağ” NEZ-nun ərazisində ekoloji layihələri uğurla həyata keçirir

       “Azərneftyağ” NEZ-nun istehsalat sahələrində ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər planı çərçivəsində,  zavodun ərazisində formalaşan sənaye-çirkab sularının təmizlənməsinə, eləcə də  neftşlamın emalına  və zərərsizləşdirilməsinə xüsusi diqqət yetirilir. Bu layihələr isə  2007-ci ildən başlayaraq NEZ-nun 8-ci sexinin ərazisində  fəaliyyət göstərən "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Tullantıların Emalı Departamentinin  (TED) 7-ci sahəsi tərəfindən  uğurla icra olunur. 

 NEZ-da əsas çirklənmə mənbəyi olan və uzun illər yığılıb qalmış, eləcə də texnoloji proseslər nəticəsində  formalaşan  neftşlamın emal edilərək zərərsizləşdirilməsi və sənaye-çirkab sularının təmizlənməsi məhz TED-nin 7-ci sahəsinin  kollektivinin  səmərəli fəaliyyətinin  nəticəsidir. Qeyd etmək lazımdı ki,  TED-nin 7-ci sahəsində il ərzində, orta hesabla   11 milyon  m3-ə qədər sənaye çirkab suları təmizlənir, 10 min tondan çox  neftşlam  isə  emal edilərək zərərsizləşdirilir ki, bu da  zavod ərazisinin   ekoloji vəziyyətinin yaxşılaşmasına öz müsbət təsirini göstərir.
      TED-nin 7-ci sahəsinin kollektivi tullantıların idarəolunması, xidmət sahələrində texnoloji proseslərin fasiləsizliyinin təmin edilməsi və keyfiyyətin yaxşılaşdırılması  məqsədilə,  qurğu və avadanlıqların saz vəziyyətdə işləməsi, həmçinin  texnoloji reqlamentə dəqiq  əməl olunması sahəsində mütəmadi olaraq məqsədyönlü  tədbirlər həyata keçirir. 2014-cü ilin müvafiq dövründə də bu sahədə  zəruri işlər yerinə yetirilmişdir.
 “Azərneftyağ” NEZ-nun ərazisində  ekoloji vəziyyətin yaxşılaşdırılması  məqsədilə həyata keçirilən tədbirlər planı çərçivəsində TED-nin 7-ci sahəsinin üzərinə düşən vəzifələrə layiqincə  əməl olunması istiqamətində tədbirlər hazırda da  davam etdirilir.
 
 
 
 
 
 
 

tarix : 16.04.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.