ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin istehsalat sahələrində növbəti iməcilik keçirilmişdir

        Aprelin 19-da "Ekol Mühəndislik Xidmətləri" QSC-nin istehsalat sahələrində  növbəti  iməcilik keçirilmişdir. İməcilikdə kollektivin çoxsaylı nümayəndələri iştirak etmişdir. Tədbir QSC-nin  O.Vəliyev 1 ünvanında və “Azərneftyağ” NEZ-nun ərazisində  yerləşən  istehsalat  sahələrini, eləcə də “Abşeronneft”, “BibiHeybətneft” və H. Z. Tağıyev adına NQÇİ-nin mədən ərazilərindəki, həmçinin ARDŞN-nin Qaz Emalı Zavodunun ərazisindəki yaşıllıq sahələrini əhatə etmişdir.

       İməcilik zamanı  istehsalat  sahələrində təmizlik və abadlıq işləri aparılmış,  eyni zamanda yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə mexaniki təmizləyici qurğuların ətrafı  alaq otlarından təmizlənmiş və tullantılar sahədən kənarlaşdırılmışdır.
       Bununla yanaşı, iməcilikdə  QSC-nin xidmət göstərdiyi  H.Z. Tağıyev adına NQÇİ-nin Qala sahəsində 200 ədəd  eldar şamı,  "Abşeronneft" NQÇİ-nin  mədən ərazisindəki  yaşıllıq sahəsində isə 200 ədəd zeytun ağacı əkilmişdir.      
      "Ekol Mühəndislik Xidmətləri" QSC-də  iməciliyin aprel ayının növbəti şənbə günündə də keçirilməsi nəzərdə tutulmuşdur.
 
 
 

tarix : 21.04.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.