ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-də “28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ” ilə əlaqədar tədbir keçirilmişdir

        Aprelin 28-də "Ekol Mühəndislik  Xidmətləri" QSC-də “28 aprel - Ümumdünya  Əməyin  Mühafizəsi  Günü"  ilə əlaqədar  tədbir keçirilmişdir. Tədbirin mövzusu «Kimyəvi maddələr istifadə olunan iş yerlərində əməyin mühafizəsi» olmuşdur. Tədbirdə QSC-nin  baş direktorunun SƏTƏM üzrə müavini Rəşad İsmayılov, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri, mühəndis və texniki işçilər iştirak etmişlər. QSC-nin baş direktorunun SƏTƏM  üzrə müavini Rəşad İsmayılov, Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Ələkbərov və Texniki təhlükəsizlik şöbəsinin rəisi Səbuhi Veysəlov tədbirdə çıxış etmişlər.

      Qeyd olunmuşdur ki,  kimyəvi maddələr həyatımızın  ayrılmaz hissəsidir və onların əhəmiyyəti danılmazdır. Kimyəvi maddələrin iş yerlərində istehsalı  və istifadəsi isə bütün dünyada  ciddi bir problemə çevrilmişdir.  Odur ki, əməyin mühafizəsi sahəsində kimyəvi  təhlükəsizlik prioritet məsələlərdən biridir. Təsir risklərini azaltmaq üçün  daima kimyəvi maddələrin təsiri nəzarətdə saxlanılır və onların  istifadəsi minimuma endirilir.
     Son illərdə dövlətimiz milli və beynəlxalq səviyyədə təhlükəli maddələrin insan orqanizminə neqativ təsirinin azaldılması istiqamətində böyük işlər görmüşdür. Lakin bu qənaətbəxş hesab edilə bilməz. İşçilər təhlükəli maddələrlə işləyirlərsə, onlar həmin maddələrin təhlükəlilik faktorlarını, insan orqanizminə təsirini bilməli və mümkün qədər mühafizə vasitələrindən istifadə etməlidirlər.
     Çıxışlarda xüsusilə qeyd olunmuşdur ki,  "Ekol Mühəndislik Xidmətləri" QSC-nin istehsalat sahələrində iş şəraitinin və ekoloji vəziyyətin yaxşılaşdırılması, vacib bir amil kimi həmişə diqqət mərkəzində saxlanılır və bu istiqamətdə mütəmadi olaraq məqsədyönlü tədbirlər həyata keçirilir. Bu məqsədlə, QSC-nin istehsalat sahələrində zərərli maddələrin təsir dərəcəsinin azaldılmasında mühüm rol oynayan yaşıllıqların salınması, bitkilərin mühafizəsi və inkişaf etdirilməsi işləri günü-gündən genişlənməkdədir.
     QSC-də istehsalat proseslərinin təkmilləşdirilməsi və yeni texnologiyaların tətbiqi, atmosferə atılan zərərli maddələrin miqdarının azaldılmasına və yaşıllıqların inkişaf etməsinə öz müsbət təsirini göstərmişdir. İSO:9001, İSO:14001 və OHSAS:18001 Beynəlxalq Standartlarının QSC-nin fəaliyyət sahələrinə tətbiq edilməsi ilə əlaqədar olaraq, bu standartların tələblərindən irəli gələn vəzifələrin yerinə  yetirilməsi  istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş,  zəruri hallarda əlavə təlimatlandırma və maarifləndirmə tədbirləri görülmüşdür.
     Texniki təhlükəsizlik şöbəsinin rəisi Səbuhi Veysəlov öz çıxışında bildirmişdir ki, kimyəvi maddələrin idarəolunmasına beynəlxalq yanaşma strategiyası 2006-ci il 6 fevral tarixli çərçivə konsepsiyası ilə tənzimlənir. Strategiyanın əsas məqsədi 2020-ci ilədək kimyəvi maddələrin idarəedilməsini elə tənzimləməkdir ki, zərərli maddələrin istehsalı və istifadəsi zamanı insanlara və ətraf mühitə təsir minimuma endirilsin.
     Ekoloji vəziyyətin yaxşılaşdırılmasına, yaşıllıqların salınmasına, əməyin mühafizəsinə, əmək şəraitinin yaxşılaşdırılmasına, texniki təhlükəsizlik qaydalarına riayət olunmasına və insan sağlamlığının qorunmasına böyük önəm verən “Ekol Mühəndislik Xidmətləri” QSC bundan sonra da bütün zəruri tədbirlərin həyata keçirilməsini planlaşdırmışdır.
     Tədbirin sonunda Əməyin mühafizəsi  və Texniki təhlükəsizlik qaydalarına əməl edilməsində fərqlənən bir qrup işçilər: Tullantıların Emalı Departamentinin 5-ci sahəsinin operatoru Elxan Səlimov, 6-cı sahəsinin operatoru  Qorxmaz Nəzərov, Torpaqların Rekultivasiyası Departamentinin  3-cü sahəsinin bağbanı Sahib Abdullayev və İnzibati təsərrüfat şöbəsinin rəngsazı Sinan Mədətov QSC rəhbərliyinin "Təşəkkürnamə"si ilə təltif olunmuşlar.
     
 
 
 
 
 
 

tarix : 29.04.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.