ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-də İngiltərənin WET və Norveçin SORBWATER şirkətlərinin nümayəndələri ilə görüş keçirilmişdir

       Mayın 2-də "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş ofisində İngiltərənin   WET şirkətinin  texniki direktoru və regional meneceri Malcolm Peel  və Norveçin  SORBWATER  şirkətlərinin texniki direktoru Atle  Mundhem ilə görüş keçirilmişdir.

      Görüşdə ARDNŞ-nin Ekoloji layihələrin İdarəedilməsi şöbəsinin rəis  müavini  Azər Mirzəyev,  Ekologiya İdarəsinin  baş mühəndisi Yaqub Ağasiyev  və  idarənin əlaqədar mütəxəssisləri, "Balakhanı Operation Companiy şirkətinin  icraçı direktoru Sabir Nəzərov və SƏTƏM Departamentinin direktoru Yaşar Ələkbərov, "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktoru Ramil Əliyev, baş  direktorun istehsalat üzrə müavini-Texniki direktor Məzahir Hüseynov, SƏTƏM üzrə müavini Rəşad İsmayılov, eləcə də QSC-nin əlaqədar departament və şöbə rəisləri iştirak etmişlər.
      QSC-nin baş direktoru Ramil Əliyev  iştirakçıları salamlayaraq, bu görüşün ARDNŞ "Balakhanı Operatinq Company LTD" Azərbaycan Respublikasındakı filialının, "Suraxanı OYL Opereyşn Kompani S.A." Şirkətinin  Azərbaycan Respublikasındakı Nümayəndəliyinin  və "AzGerneft" MMC-nin  mədən ərazilərində formalaşan  lay sularının təmizlənməsinə dair ARDNŞ-nin  müvafiq tapşırığı  əsasında  QSC-nin həyata keçirdiyi tədbirlər  planı çərçivəsində   təşkil olunduğunu  iştirakçıların diqqətinə çatdırdı. Baş direktor bu görüşdə   sənaye çirkab və lay sularının  müasir üsullarla təmizlənməsi sahəsində yeni texnika və texnologiyalar haqqında maraqlı məlumatlar əldə ediləcəyinə,  əməkdaşlıq əlaqələrinin yaranacağına əminliyini bildirdi. Sonra söz  qonaqlara təqdim olundu. 
      Atle  Mundhem  səmimi qəbula və görüşün keçirilməsi üçün yaradılan  əlverişli şəraitə görə QSC rəhbərliyinə öz minnətdarlığını  bildirdi. O qeyd etdi ki,  təmsil etdikləri şirkətlər sənaye-çirkab, məişət və  lay sularının mexaniki-kimyəvi üsullarla təmizlənməsi sahəsində  qlobal lisenziyalı şirkətlərdir.  Şirkətin baş ofisləri Londonda yerləşir. Fəaliyyəti dövründə  şirkətlər Meksika, Braziliya, Koreya, İspaniya, Türkmənistan və digər dövlətlərdə  bir sıra layihələri uğurla həyata  keçirmişlər.  WET şirkəti 12 ildir ki, Azərbaycanda da   içməli  və məişət suların təmizlənməsi sahəsində lokal layihələr həyata keçirir.
      WET şirkətinin  texniki direktoru və regional meneceri Malcolm Peel  sənaye çirkab, məişət və lay sularının mexaniki-kimyəvi üsullarla təmizlənməsi barədə geniş prezentasiyasını görüş iştirakçılarına təqdim etdi. O qeyd etdi ki, suların təmizlənməsində əsasən  separatorlardan və Sorbfloc reagentindən istifadə edilir. Malcolm Peel  elektron məlumatlarla görüş iştirakçılarını aparılmış təcrübələrlə,  texnoloji proseslərlə tanış etmiş və bu barədə ətraflı məlumat vermişdir. Sonra  mövzu ətrafında geniş müzakirələr aparıldı və  bir sıra texniki  məsələlərə aydınlıq gətirildi.  
     Atle  Mundhem  qurğular haqqında daha aydın təsəvvür yaratmaq üçün həmin qurğuların maketinin Azərbaycana gətirilərək  təqdim edilməsinin  mümkün olduğunu  bildirdi. Ramil Əliyev bunun   qarşı tərəfin texnologiyalarının  daha aydın şəkildə öyrənilməsinə kömək edəcəyini vurğuladı  və  bu barədə qarşı tərəfdən konkret təkliflər gözlədiyini bildirdi.  Qeyd olundu ki, yerli şəraitdə texnoloji proseslərin və  qurğuların səmərəliliyinin  öyrənilməsinə, həmçinin   gələcək əməkdaşlıq əlaqələrinin   istiqamətlərinin müəyyən edilməsinə ehtiyac vardır və bunun üçün qarşılıqlı səylər göstərilməlidir.
    Bununla da görüş qarşılıqlı anlaşma və işgüzar şəraitdə başa çatdı.
         
 
 
 
 
 
 
 
 
 

tarix : 02.05.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.