ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-də beynəlxalq standartlar üzrə daxili audit keçirilir

     Öz fəaliyyətini beynəlxalq standartlar səviyyəsində quran "Ekol Mühəndislik  Xidmətləri"  QSC  bu standartların tələblərinə əməl olunması məqsədilə ardıcıl tədbirlər  həyata  keçirir və  prosedura qaydalarına tam əməl olunur. Həyata keçirilən tədbirlər çərçivəsində  TS EN İSO 9001 Keyfiyyətin idarəetmə sisteminin, TS EN İSO 14001 Ekologiya idarəetmə sisteminin  və TS İSO 18001 OHSAS Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sisteminin müvafiq maddələrinin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə, QSC-nin baş direktorunun  təsdiq etdiyi qrafikə  əsasən  aprelin 1-dən  başlayaraq struktur bölmələrində  daxili  audit  keçirilir.

     İdarəetmə sisteminin   mövcud qanunvericiliyinə, daxili qaydalara və idarəetmə prinsiplərinə, keyfiyyət, ekologiya, təhlükəsizlik norma və qaydalarına uyğunluğunun  və səmərəliliyinin  müstəqil yoxlama sistemi olan daxili audit, İMPr/03 saylı "Daxili audit" prosedurasının  tələblərinə  əsasən  həyata  keçirilir.
     Qrafikə əsasən  audit QSC-nin bütün struktur bölmələrini əhatə edir. Auditin  keçirilməsinə  Ekoloji Monitorinq Departamentinin rəis müavini, Rəhbərliyin nümayəndəsi Natella Şəfiyeva başda olmaqla QSC-də müvafiq sertifikatları və təcrübələri olan   auditorlar cəlb edilmişdir. Obyektiv faktlara əsaslanaraq keçirilən audit zamanı müvafiq sənədləşmələr aparılır və aşkar edilmiş uyğunsuzluqların  aradan qaldırılması üçün uyğun proseduralar tövsiyə  edilir.
     Sonda hər bir bölmə üzrə auditin yekun hesabatı hazırlanaraq QSC-nin rəhbərliyinə  təqdim olunacaqdır.
     Daxili audit  qrafik əsasında  QSC-nin bütün struktur bölmələri əhatə edilməklə 15.05.2014-cü il tarixədək davam edəcəkdir.
         
 
 
 
 
 
 
 

tarix : 02.05.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.