ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-də Heydər Əliyevin anadan olmasının 91-cı il dönümü ilə əlaqədar nərd turniri keçirilmişdir

     Ulu öndərimiz   Heydər  Əliyevin  anadan olmasının 91-cı il dönümü ilə  əlaqədar,  respublikamızda həyata keçirilən  silsilə tədbirlər  çərçivəsində  “Ekol  Mühəndislik  Xidmətləri”  QSC-də  də   ümummilli  liderin abidəsini ziyarət etmək, eləcə də  anım mərasiminin və nərd turnirinin  keçirilməsi   nəzərdə tutulmuşdur.

     QSC-nin Həmkarlar  İttifaqı  Komitəsinin təşkilatçılığı ilə  mayın 7-də  keçirilən nərd  turnirinə  QSC-nin ayrı-ayrı istehsalat sahələrində  çalışan 30 nəfərdən çox nərd həvəskarı  qatılmışlar.
     Turnirin açılışında  çıxış edənlər,  QSC-nin   baş direktorunun  istehsalat üzrə müavini-Texniki  direktor  Məzahir  Hüseynov,  baş direktorun SƏTƏM üzrə müavini Rəşad İsmayılov,  İctimai sosial şöbənin rəisi - YAP "Ekol" ilk ərazi təşkilatının sədri Fəxrəddin Quliyev və Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Ələkbərov ümummilli lider, müasir Azərbaycanın  Respublikasının memarı Heydər Əliyevin  həyat və fəaliyyətindən, onun müstəqilliyimizin əldə olunmasında və respublikamızın hərtərəfli inkişafında göstərdiyi  misilsiz  xidmətlərindən   danışmışlar.    
     HİK-nin sədri Əli Ələkbərov  yarışın  şərtlərini iştirakçılara izah etdikdən sonra turnirə start verilmişdir. Gərgin mübarizə və şəffaf  şəraitdə  keçən turnirin final mərhələsində  qalibləri müəyyən olunmuşdur.  I yerə Torpaqların Rekultivasiyası  Departamentinin (TRD) 1-ci sahəsinin  rəisi  Namiq Qurbanov,  II yerə TRD-nin 3-cü  sahəsinin  rəis  müavini  Bəhruz Cabbarov, III yerə isə  Tullantıların  Emalı  Departamentinin  7-ci sahəsinin  çilingəri Fəxrəddin  Xəlilov  layiq görülmüşlər.
     Sonda  qaliblərə  xüsusi  diplom,  kubok və pul mükafatları təqdim olunmuşdur. 
         
 
 
 
 
 
 

tarix : 08.05.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.