Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü “ Ekol Mühəndislik Xidmətləri ” QSC-də də bir sıra tədbirlərlə qeyd olunmuşdur. Bu münasibətlə QSC-də iməciliklər və nərd turniri təşkil olunmuşdur.
Mayın 8-də isə QSC-nin baş ofisində ulu öndərin 91-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir. Mərasimdə çıxış edənlər, baş direktorun istehsalat üzrə müavini-Texniki direktor Məzahir Hüseynov, baş direktorun SƏTƏM üzrə müavin Rəşad İsmayılov, İctimai sosial şöbənin rəisi -YAP "Ekol" ilk ərazi təşkilatının sədri Fəxrəddin Quliyev həyatını xalqına həsr etmiş ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin əldə edilməsi, suverenliyimizin qorunub saxlanılması, respublikamızın iqtisadi qüdrətinin yüksəldilməsi istiqamətində gördüyü işlərdən və onun həyatımızın bütün sahələrindəki fəaliyyətindən bəhs etmişlər. Mərasimdə suveren Azərbaycan dövlətinin qurucusu və memarı, fenomen şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətindən ətraflı danışılmışdır . Qeyd olunmuşdur ki, Azərbaycan tarixində xalqımızın birləşməsi, dövlətçiliyimizin möhkəmləndirilməsi, ərazi toxunulmazlığımızın təmin edilməsi, insanların rifahının yaxşılaşması uğrunda ardıcıl, məqsədyönlü mübarizə aparan və uğurlu, dayanaqlı nəticələrə nail olan, Azərbaycanının milli qürurunu özünə qaytaran, dövlətimizi öz tükənməz sərvətinin sahibi edən ən müdrik və ən cəsarətli rəhbər ümummilli liderimiz Heydər Əliyev olmuşdur Xüsusilə vurğulanmışdır ki, Heydər Əliyevin siyasi fəaliyyətinin əsas missiyası Azərbaycanı düşdüyü bəlalardan xilas etmək olub. Yalnız onun dərin zəkası Azərbaycanı bir dövlət kimi məhv olmaqdan xilas etdi. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ulu öndərin siyasi kursu uğurla davam etdirilir və bu uğurlu siyasət nəticəsində ölkəmiz regionun ən inkişaf etmiş dövlətinə çevrilmişdir. Mərasim iştirakçıları inamla qeyd etmişlər ki, nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır. Sonda ulu öndərin həyat və fəaliyyətini əks etdirən video çarx nümayiş etdirilmiş və onun əziz xatirəsi böyük ehtiramla yad edilmişdir.
tarix : 08.05.2014
|