ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“ Ekol Mühəndislik Xidmətləri ” QSC-də ulu öndər Heydər Əliyevin 91-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilmişdir

       Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü  “ Ekol Mühəndislik Xidmətləri ”  QSC-də də  bir sıra tədbirlərlə qeyd olunmuşdur. Bu münasibətlə  QSC-də iməciliklər və  nərd turniri təşkil olunmuşdur.

       Mayın 8-də  QSC-nin  baş ofisində  ulu öndərin 91-ci ildönümünə həsr olunmuş  anım mərasimi   keçirilmişdir.  Mərasimdə çıxış edənlər, baş direktorun istehsalat üzrə müavini-Texniki  direktor Məzahir Hüseynov, baş direktorun  SƏTƏM üzrə müavin Rəşad İsmayılov,  İctimai sosial şöbənin rəisi -YAP "Ekol" ilk ərazi təşkilatının sədri Fəxrəddin  Quliyev   həyatını xalqına həsr etmiş ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin əldə edilməsi, suverenliyimizin qorunub saxlanılması, respublikamızın iqtisadi qüdrətinin yüksəldilməsi istiqamətində gördüyü işlərdən və  onun həyatımızın bütün sahələrindəki fəaliyyətindən  bəhs etmişlər.
      Mərasimdə  suveren Azərbaycan dövlətinin  qurucusu və memarı, fenomen şəxsiyyət  Heydər  Əliyevin  həyat və fəaliyyətindən  ətraflı danışılmışdır . Qeyd olunmuşdur ki,  Azərbaycan  tarixində xalqımızın birləşməsi, dövlətçiliyimizin möhkəmləndirilməsi, ərazi toxunulmazlığımızın təmin edilməsi,  insanların rifahının yaxşılaşması uğrunda ardıcıl, məqsədyönlü mübarizə aparan  və uğurlu, dayanaqlı nəticələrə nail olan, Azərbaycanının milli qürurunu özünə qaytaran, dövlətimizi öz  tükənməz  sərvətinin  sahibi edən  ən müdrik  və ən  cəsarətli rəhbər ümummilli liderimiz Heydər Əliyev olmuşdur
      Xüsusilə vurğulanmışdır ki, Heydər Əliyevin  siyasi fəaliyyətinin əsas missiyası  Azərbaycanı  düşdüyü  bəlalardan xilas etmək olub. Yalnız onun  dərin zəkası Azərbaycanı bir dövlət kimi məhv olmaqdan  xilas etdi. Bu gün Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev tərəfindən ulu öndərin siyasi kursu uğurla davam etdirilir və bu uğurlu siyasət nəticəsində  ölkəmiz regionun ən inkişaf etmiş dövlətinə çevrilmişdir.  Mərasim iştirakçıları inamla qeyd etmişlər ki, nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan  xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.
      Tədbirin sonunda ulu öndərin həyat və fəaliyyətini əks etdirən  video çarx nümayiş etdirilmişdir.
      Mayın 10-da  isə "Ekol  Mühəndislik  Xidmətləri" QSC kollektivinin nümayəndələri  ARDNŞ-nin  çoxsaylı  kollektivi  ilə  birlikdə,  Fəxri Xiyabanda ulu öndərin  məzarını ziyarət etmiş, onun  abidəsi önünə tər çiçəklər qoymuş və əziz xatirəsini böyük ehtiramla yad etmişlər. 
 

 

tarix : 12.05.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.