ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri ” QSC-nin nümayəndələri Almaniyanın Münhen şəhərində xidməti ezamiyyətdə olmuşlar

      May ayının  5-dən 9-dək  Almaniyanın Münhen şəhərində  IFAT 2014, "suların, tullantı sularının, tullantıların və xammalların  idarəedilməsi üzrə"  Beynəlxalq  Ticarət Sərgisi keçirilmişdir.  Geniş diapazonlu texniki proqramına  rəsmi  prezentasiyalar və xüsusi diskussiyalar daxil  olunmuş sərgidə, yüzlərlə şirkətlər  öz  yeni  texnologiyalarını, qurğu və avadanlıqlarını nümayiş etdirmişlər. Sərgiyə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktoru Ramil Əliyevin başçılıq etdiyi nümayəndə heyəti də  qatılmışlar. 

      Xidməti ezamiyyə müddətində QSC nümayəndələri   dünyanın qabaqcıl  şirkətlərinin çirkab suların təmizlənməsi və tullantıların idarəedilməsi sahəsində sərgidə nümayiş etdikləri  müasir  texnologiyalar, qurğu və avadanlıqlarla yaxından  tanış olmuşlar. Eyni zamanda,  QSC-nin nümayəndə heyəti sərgidə iştirak edən  bir   çox  şirkətlərin  təmsilçiləri ilə  görüşlər keçirmiş, fikir mübadiləsi aparmış və gələcək əməkdaşlıq əlaqələrinin mümkün variantlarını   müzakirə  etmişlər.
       Beş gün davam edən sərgidə təmsilçilərimiz  kifayət qədər maraqlı məlumatlar əldə etmiş və  işgüzar şəraitdə keçən səfər uğurla başa çatmışdır.
 

 

tarix : 13.05.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.