ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC "Abşeronneft" NQÇİ-nin mədən ərazilərindəki yaşıllıq sahələrinə yüksək səviyyəli aqrotexniki xidmətlər göstərir

      ARDNŞ-nin fəaliyyət sahələrində ekoloji vəziyyətin yaxşılaşdlırılmasına dair tədbirlər planı çərçivəsində, neft-mədən ərazilərinin çirklənmədən təmizlənməsi və reabilitasiya  olunmuş  ərazilərdə  yaşıllıqların  salınması xüsusi əhəmiyyət kəsb edir. Bu tədbirlərin həyata keçirilməsində yaxından iştirak edən və ekoloji layihələrin bilavasitə icraçısı olan "Ekol Mühəndislik Xidmətləri"QSC-nin həyata keçirdiyi  prioritet layihələrdən biri də “Abşeronneft” NQÇİ-nin reabilitasiya  olunmuş  mədən ərazilərində yaşıllıqların salınması və  aqrotexniki xidmətlərin göstərilməsidir.

     2012-ci ildən başlayaraq QSC “Abşeronneft” NQÇİ-nin mədən ərazisində (Pirallahı qəsəbəsi) neftlə çirklənmiş torpaqların təmizlənməsi layihəsini uğurla həyata keçirmiş, "Azneft" İB ilə birgə  reabilitasiya olunmuş 13 hektar sahədə yaşıllıq sahəsi salınmışdır. 2014-cü ilin yanvar  ayına qədər ərazidə 15 min 200 ədədə  müxtəlif növ ağaclar əkilmiş və QSC-nin Torpaqların Rekultivasiyası Departamenti (TRD) tərəfindən  aqrotexniki xidmətlər göstərilmişdir.  Yaşıllıq sahələri damcı suvarma sistemi ilə təmin edilmişdir. 2014-cü ilin yaz mövsümündə isə ərazidə 200 ədəd müxtəlif ağac növləri əkilmişdir.
    Hazırda “Abşeronneft” NQÇİ-nin mədən ərazilərində  TRD tərəfindən  13 hektar  yaşıllıq sahəsində  15 min 400 ədədə qədər müxtəlif  növ ağac və bəzək kollarına yüksək səviyyəli aqrotexniki xidmətlər göstərilir. Həyata keçirilən yaşıllaşdırma tədbirləri nəticəsində  “Abşeronneft” NQÇİ-nin mədən əraziləri öz simasını dəyişmiş və ərazinin  ekoloji vəziyyəti xeyli dərəcədə  yaxşılaşmışdır.
 

 

tarix : 20.05.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.