ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-də Beynəlxalq İdarəetmə Sistemləri üzrə keçirilmiş auditin nəticələrinin təhlili ilə əlaqədar toplantı keçirilmişdir.

        “Ekol  Mühəndislik  Xidmətləri” QSC-nin    fəaliyyətində  İSO-9001, İSO-14001 və OHSAS-18001 Beynəlxalq  İdarəetmə  Sistemlərinin (BİS)  tələblərinə ciddi əməl olunur və  standartların  işçi personalı tərəfindən daha dərindən mənimsənilməsi  üçün  məqsədyönlü tədbirlər həyata keçirilir.

       Beynəlxalq İdarəetmədə  inteqrə  edilmiş menecment sistemlərinin  tələblərindən biri də  rəhbərlik  tərəfindən  fəaliyyətin  beynəlxalq  standartlara  uyğunluğunu  və onun effektivliyini mütəmadi olaraq təhlil etməkdən ibarətdir. Bu təhlilin əsasını isə müəssisədə keçirilən auditlərin nəticələri, sifarişçilərin tələblərini nəzərə almaqla onların  məmnuniyyətinin  qiymətləndirilməsi, aşkar edilmiş  uyğunsuzluqlar və onların  aradan qaldırılması  kimi məsələlər təşkil edir.
      Mayın 27-də BİS-nin  prosedur  qaydalarına  uyğun olaraq  cari ilin aprel-may aylarında   QSC-nin  struktur  bölmələrində  keçirilmiş   daxili auditin  nəticələrinin təhlili  ilə  əlaqədar, struktur  bölmələrinin rəhbərlərinin iştirakı ilə toplantı keçirilmişdir.
       QSC-nin baş direktoru Ramil Əliyev toplantıda  giriş sözü ilə çıxış edərək BİS   sahəsində həyata keçirilən tədbirlər və onların nəticələri barədə məlumatları iştirakçıların diqqətinə çatdırdı. Sonra söz BİS üzrə  rəhbərliyin  nümayəndəsi  Natella  Şəfiyevaya təqdim edildi.  O, QSC-nin struktur  bölmələrində  keçirilmiş auditin  nəticələri  barədə  toplantı   iştirakçılarına  ətraflı məlumat verdi.  Qeyd olundu  ki, keçirilən  auditin nəticələri göstərir ki, QSC-nin istehsalat sahələrində İSO standartlarına  yüksək səviyyədə əməl olunmaqla yanaşı,  bəzi  uyğunsuzluqlar da aşkar edilmişdir ki, onlar da elə  audit dövründə müvafiq prosedur qaydalarla  aradan  qaldırılmışdır.
      Toplantıda  mövzu ətrafında  geniş müzakirələr aparılmış və aşkar olunmuş uyğunsuzluqların baş verməsi səbəbləri araşdırılmış,  bunların təkrarlanmaması  üçün  aidiyyəti   üzrə  qərarlar  qəbul edilmişdir.  Əminliklə qeyd olunmuşdur ki, bu toplantıda qəbul olunmuş  qərarlar  inteqrə  edilmiş  menecment sistemlərinin davamlı inkişafına və proseslərin effektiv işləməsinə təkan verəcəkdir.
      Sonda baş direktor  Ramil Əliyev  qəbul edilmiş beynəlxalq standartların tələblərinə həssaslıqla  yanaşılması və sifarişçi məmnunluğunun qazanılması   istiqamətində daha ciddi tədbirlərin görülməsi barədə  departament, şöbə və sahə rəislərinə müvafiq  tapşırıq və tövsiyələrini vermişdir. 
 

 

tarix : 29.05.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.