ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Əsrin Ziyalıları" İctimai Birliyi QSC-nin Ekoloji Monitorinq Departamentinin rəisi Şahabiddin Albuşovu "ilin ekoloqu" adına layiq görmüşdür
      Mayın 30-da, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində Ekoloji Monitorinq Departamentinin rəisi Şahabiddin  Albuşovun "Əsrin  Ziyalıları" İctimai  Birliyi   tərəfindən "ilin ekoloqu" adına layiq görülməsi ilə əlaqədar təqdimat mərasimi keçirilmişdir. Mərasimdə      QSC-nin rəhbərliyi və kollektivin nümayəndələri, eləcə də "Əsrin  Ziyalıları" İctimai  Birliyinin rəsmiləri iştirak etmişlər.

      Tədbirdə çıxış edənlər, baş direktorun SƏTƏM üzrə müavini Rəşad İsmayılov, baş  direktorun məsləhətçisi Kamil Akimov, Ekoloji Monitorinq Departamentinin şöbə rəisi Elxan Teymurov  və başqaları  mənalı həyat yolu keçmiş, öz fəaliyyətini əsasən  respublikamızda ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması kimi şərəfli bir işə həsr etmiş Şahabiddin Albuşovun həyat və fəaliyyətindən danışmış,  onun ömür yolunun bir  çoxları, xüsusilə gənc nəsil üçün örnək olduğunu xüsusilə   vurğulamışlar.
      Qeyd olunmuşdur ki, Ş. Albuşov ayrı-ayrı təşkilatlarda göstərdiyi  çoxillik fəaliyyəti dövründə bir sıra ekoloji layihələrin uğurla həyata keçirilməsində, həmçinin ətraf mühitin mühafizəsi sahəsində mürəkkəb və aktual ekoloji problemlərin həll olunmasında  yüksək nailiyyətlər əldə etmişdir. Eyni zamanda  o bir sıra ekoloji layihələrin hazırlanmasının və həyata keçirilməsinin iştirakçısı olmuşdur ki, bu da ətraf mühitin mühafizəsində və ekoloji vəziyyətin yaxşılaşdırılmasında öz müsbət  nəticələrini vermişdir.
      2006-ci ildən əmək fəaliyyətini “Ekol Mühəndislik Xidmətləri” QSC-də davam etdirən  Şahabiddin Albuşov hazırda  yüksək  peşəkarlıq və işgüzarlıq göstərməklə,  Ekoloji Monitorinq Departamentinin rəisi vəzifəsində çalışaraq həyata keçirilən ekoloji layihələrdə yaxından iştirak edir. 
      Tədbirdə çıxış edən "Əsrin Ziyalıları" İctimai Birliyinin rəhbəri Məleykə Göyçəli bildirmişdir ki,  Şahabiddin Albuşovla  bir ziyalı və tanınmış bir ekoloq kimi uzun müddətdir ki, əməkdaşlıq edirik.  Onun respublikamızın ekoloji  vəziyyətinin yaxşılaşdırılması  və ətraf mühitin mühafizəsi sahəsində verdiyi töhfələri nəzərə alınaraq İctimai Birliyimiz Ş. Albuşovu  "ilin ekoloqu" adına layiq görmüşdür. Məleykə Göyçəli "ilin ekoloqu" medalını və xüsusi diplomu Ş. Albuşova təqdim etdi .
     Rəşad İsmayılov  qeyd etdi ki,  təqdim olunan bu  mükafat təkcə  Ş. Albuşova  deyil, eyni zamanda onun təmsil etdiyi "Ekol Mühəndislik Xidmətləri" QSC-nə və kollektivin bütün üzvünə göstərilən  böyük etimaddır və buna görə "Əsrin Ziyalıları" İctimai  Birliyinə, xüsusən onun rəhbərliyinə öz minnətdarlığımızı bildiririk.
    Sonda Ş. Albuşov mükafata  və etimada görə "Əsrin Ziyalıları" İctimai  Birliyinin rəhbərliyinə öz təşəkkürünü bildirdi. Tədbir iştirakçıları yüksək mükafat alması münasibətilə  Ş. Albuşovu təbrik etdilər.
 

 

tarix : 30.05.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.