ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC XXI Beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neft kimya" sərgisinin iştirakçısıdır

       Bakıda XXI Beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neft kimya" sərgisi keçirilir. Xəzəryanı regionda neft və qaz sahəsində ən böyük tədbir olan  bu sərgi iyunun 3-də “Bakı Ekspo” Mərkəzində öz işinə başlamışdır. Sərgi və konfransın  açılış mərasimində  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, dövlət rəsmləri və  Beynəlxalq Əməliyyat Şirkətlərinin rəhbərləri iştirak etmişlər.     Konfransın açılışında ölkə başçısı  İlham Əliyev geniş məruzə ilə çıxış etmişdir. O, qeyd etmişdir ki: - "bu ilki sərgi və konfransın xalqımızın ümummilli lideri  Heydər Əliyev tərəfindən  hazırlanıb müvəffəqiyyətlə həyata keçirilən yeni neft strategiyasının  təməl daşı "Əsrin müqaviləsi" nin 20-ci ildönümünə təsadüf etməsi əlamətdar hadisə kimi  onun əhəmiyyətini daha da artırır.  İnanıram ki, açılışına toplaşdığımız bu sərgi və konfrans həm qlobal, həm regional səviyyələrdə əməkdaşlığın bundan sonra da  dərinləşməsinə zəmin yaradacaq, dünyanın  neft-qaz sahəsindəki proseslərə töhfəsini verməklə mühüm görüş yeri olduğunu  bir daha sübuta yetirəcəkdir. Sərgi və konfransın işinə uğurlar, bütün iştirakçılara gələcək fəaliyyətlərində nailiyyətlər, ölkəmizə isə sülh və əmin-amanlıq arzulayıram".   

       Dünyanın müxtəlif ölkələrindən 400-dən artıq şirkətlərin qatıldığı XXI Beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neft kimya" sərgisinin əsas bölmələri neft-qaz yataqlarında hasilat, geofizika və geologiya, qaz və neft quyularının tikintisi, işlənməsi, platformalar və üzən qazma qurğuları, qaz çıxartma sənayesi üçün avadanlığın layihələndirilməsi, istehsalı və texniki qulluq,  boru kəmərlərinin təhlükəsizlik sistemlərinin təminatı, neft və qaz emalı, neft-kimya məhsulları, neft və qaz saxlama sistemlərinin təmin edilməsi və s. ibarətdir.
     “Ekol Mühəndislik Xidmətləri” QSC də  bu möhtəşəm sərgidə   maraqlı stendi  ilə iştirak edir. QSC-nin xidmət sahələrini və həyata keçirdiyi ekoloji layihələri əks etdirən stend, elektron məlumatlar və əyani materiallar sərgi iştirakçıları tərəfindən böyük maraqla izlənilir.
      Yüksək səviyyədə  təşkil olunmuş, müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlər,  idarə və müəssisələr arasında tanışlıq və  əməkdaşlıq münasibətləri  üçün  əlverişli şərait yaratmış XXI Beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neft kimya" sərgi və konfransı iyunun 6-dək davam edəcəkdir.
 
 
 

tarix : 03.06.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.