ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri ” QSC-də 5 iyun – "Ümumdünya Ətraf Mühit Günü" ilə əlaqədar tədbirlər keçirilmişdir

        Azərbaycan Respublikası öz müstəqilliyinə qovuşduqdan  sonra  digər əlamətdar günlərlə yanaş,  5 iyun - "Ümumdünya Ətraf Mühit Günü" də  hər il yüksək səviyyədə qeyd olunur  və əhalinin diqqəti bir daha mövcud ekoloji problemlərə cəlb edilir. Respublikamızda özünü  ekoloji yönümlü  xidmətləri ilə tanıtmış "Ekol Mühəndislik Xidmətləri" QSC-də,  hər il olduğu kimi 2014-cü ildə də 5  iyun -"Ümumdünya Ətraf Mühit Günü"  bir sıra tədbirlərlə qeyd olunmuşdur.

       Bu münasibətilə keçirilən toplantıda  QSC-nin Baş direktoru Ramil Əliyev "Ümumdünya Ətraf Mühit Günü"-nün yaranma tarixi və əhəmiyyəti" mövzusunda çıxış etmişdir. O, bildirmişdir  ki, 1971-ci ilin may ayının 11-də dünyanın 23 ölkəsinin  2 200  elm və mədəniyyət xadiminin imzası ilə BMT-nin Baş katibinə müraciət ünvanlamışlar.  Bu  müraciətlə onlar bəşəriyyətə ətraf mühitin  çirklənməsi barədə xəbərdarlıq vermişlər. Bununla əlaqədar olaraq,16 dekabr 1972-ci ildə BMT-nin Baş Assambleyasının 27-ci sessiyasında  qərar qəbul edilmiş və o vaxtdan  5  iyun -"Ümumdünya Ətraf Mühit Günü"  hər il  yüksək səviyyədə qeyd olunur.
       Toplantıda həmçinin, QSC-nin Ekoloji Monitorinq Departamentinin (EMD)  rəis  müavini Hafiz Əbilov "Ekol Mühəndislik Xidmətləri" QSC-nin ətraf mühitin mühafizəsində  rolu", İctimai Sosial Şöbənin rəisi  Fəxrəddin Quliyev "Azərbaycan Respublikasında ətraf mühitin  mühafizəsi sahəsində görülən işlər", EMD-nin rəis müavini Natella Şəfiyeva isə "Ətraf mühitin mühafizəsinə hər bir vətəndaşın  münasibəti" mövzularında  məruzələrlə çıxış etmişlər.  Ətraf mühitin mühafizəsi ilə əlaqədar nümayiş etdirilən  video çarxlar  iştirakçılar tərəfindən maraqla izlənilmişdir. Eyni zamanda  "Ekol Mühəndislik Xidmətləri" QSC-nin 7 nəfər əməkdaşı ətraf mühitin  mühafizəsi sahəsindəki səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif  olunmuşlar.
     Tədbirin ikinci mərhələsi Torpaqların Rekultivasiyası Departamentinin xidmət göstərdiyi "BibiHeybətneft" NQÇİ-nin mədən ərazisindəki yaşıllıq sahəsində  tematik iməciliklə davam etdirilmişdir.  Tədbir iştirakçıları ətrafdakı insanların diqqətini cəlb etmək məqsədilə, ərazidəki yaşıllıqlara  aqrotexniki xidmətlər  göstərmiş və yeni ağaclar əkmişlər.
 
 
 

tarix : 05.06.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.