ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin xidmət sahələrində yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsinə böyük önəm verilir

       "Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasında yaşıllaşdırma işləri vacib bir amil kimi həmişə diqqət mərkəzində saxlanılır və bu istiqamətdə  məqsədyönlü tədbirlər həyata keçirilir. Xidmət sahələrində zərərli tullantıların təsir dərəcəsinin azaldılmasında mühüm rol oynayan yaşıllıqların salınması, bitkilərin mühafizəsi və  inkişafı işləri günü-gündən genişləndirilir.

      Yaşıllıqların salınması və bitkilərə aqrotexniki xidmətlərin göstərilməsini QSC-nin Torpaqların  Rekultivasiyası Departamenti (TRD) və İnzibati təsərrüfat şöbəsi (İTŞ) həyata keçirir. Təcrübəli mütəxəssislərinin və bağbanların fəaliyyəti nəticəsində əvvəlki illərdə olduğu kimi, bu il də istehsalat sahələrindəki  ağac və bəzək kollarının sayı xeyli dərəcədə artırılmışdır. Yaşıllıqlar müasir suvarma sistemləri ilə təchiz olunmuş, mövsümü aqrotexniki xidmətlər göstərilmişdir.  Bağbanların gərgin əməyi sayəsində, isti yay günlərində suvarma işlərinin müntəzəm aparılması və yaşıllıqlara vaxtlı-vaxtında  aqrotexniki qulluq göstərilməsi nəticəsində istehsalat sahələri   yaşıllıqlara bürünmüşdür. QSC-nin xidmət sahələrində texnoloji proseslərinin təkmilləşdirilməsi və yeni texnologiyaların tətbiqi də atmosferə atılan zərərli tullantıların miqdarının azalmasına və  yaşıllıqların yaxşı  inkişaf etməsinə  öz  müsbət təsirini göstərmişdir.
     Hazırda  “Ekol Mühəndislik Xidmətləri” QSC-nin TRD və İTŞ-nin əməkçiləri mütəxəssisləri  ARDNŞ-nin  Qaz Emalı Zavodunun  istehsalat  sahəsində, "Azneft" İB-nin  “Bibiheybətneft”, “Abşeronneft” və   Z.Tağıyev adına NQÇİ-nin  mədən ərazilərində, eləcə də QSC-nin Heydər Əliyev adına BNEZ-nun ərazisindəki xidmət sahəsində və TRD-nin Zığ şosesindəki inzibati binasının ərazisində 100 minə qədər müxtəlif  növ ağac, bəzək  və gül kollarına yüksək səviyyədə aqrotexniki xidmətlər göstərirlər. Yaşıllıqların suvarılmasında  əsasən mexaniki üsullardan geniş istifadə olunur ki,  bu da öz səmərəli nəticələrini  verməkdədir.
   Ekoloji vəziyyətin yaxşılaşdırılmasında və insan sağlamlığının qorunmasında yaşıllıqların roluna böyük önəm verən "Ekol Mühəndislik Xidmətləri" QSC,  bu sahəni fəaliyyətinin əsas tərkib hissəsi kimi qəbul edərək bundan sonra da bütün zəruri tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
 
 
 

tarix : 11.06.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.