ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“ Ekol Mühəndislik Xidmətləri ” QSC-də 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilmişdir

    İyunun 13-də “ Ekol Mühəndislik Xidmətləri ” QSC-nin  xidmət sahələrində  Milli  Qurtuluş  Günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə  çıxış edənlər  qeyd etmişlər ki,  90-cı illərdə Azərbaycan xalqı və dövlətçiliyimiz ən çətin və  təhlükəli bir dövrünü yaşayırdı. Yeni Azərbaycan uğrunda qurtuluş hərəkat genişlənirdi. 1992-ci il oktyabrın 16-da  Azərbaycanın  91 nəfər nüfuzlu  ziyalısı  “Səs” qəzeti  vasitəsi ilə müraciət edərək,  Heydər  Əliyevdən Qurtuluş hərəkatına rəhbərlik etməsini  təkidlə  xahiş  etdilər.

      AXC-Müsavat iqtidarı uzun müddət öz yarıtmaz fəaliyyəti ilə ölkəni parçalanmaq həddinə çatdırmış, vətəndaş müharibəsi üçün zəmin yaranmışdır. Başlanmış bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən iqtidar da son anda kömək üçün Heydər Əliyevə müraciət etdi.
     Azərbaycanın görkəmli oğlu, böyük vətənpərvər Heydər Əliyev  respublikanın  bu ağır günündə  xalqın və hakim dairələrinin təkidli dəvətini qəbul edərək iyunun   9-da Bakıya gəldi. Bütün Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı. Bununla da daxili və xarici düşmənlərimizin bütün planları iflasa uğradı. Xilaskarlıq missiyasını öz üzərinə götürən bu nəhəng şəxsiyyət, həyatını təhlükə altında qoyaraq vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı.
     1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi və hər il bu bayrama təntənə ilə qeyd olunur.
     Çıxışlarda xüsusilə vurğulanmışdır ki, Heydər Əliyevin xalqımızın və tariximizin qarşısındakı ən böyük xidmətləri, kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan  dövlətçiliyini xilas etməkdən, Azərbaycanın  varlığının parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqdan  ibarətdir. Dövlətçiliyimizin qorunub saxlanılması  isə azadlığımızın və müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş  deməkdir!
    Azərbaycan dövləti ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olmuş, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmışdır.
    Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qalaraq sübut etdi ki, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”.
    Ulu öndərin  siyasi kursunun  layiqli davamçısı,  Azərbaycan  Respublikasının  Prezidenti İlham Əliyev cənablarının  həyata keçirdiyi uğurlu siyasətin nəticəsi olaraq, bu gün respublikamız  müstəqillik yolunda mətin addımlarla irəliləyir və qazandığı uğurlarla qüdrətli, aparıcı bir dövlətə çevrilir.
     Tədbirin sonunda  həmin illərin tarixi anlarını əks etdirən videoçarx nümayiş olunmuş, iştirakçılar ulu öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

 
 
 

tarix : 13.06.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.