ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Müasir İncəsənət Mərkəzində "Ekol Mühəndislik Xidmətləri" QSC-nin fotoqrafı Könül Süleymanovanın foto sərgisi keçirilmişdir

 İyunun 14-də Azərbaycanda fotoqrafiyanın yaranmasının 175 illiyi və Azərbaycan Fotoqraflar Birliyinin (AFB) 15 illiyi ilə əlaqədar , İçəri Şəhərdə yerləşən  Müasir İncəsənət Mərkəzində fotoqraf Könül Süleymanovanın "Onlar" adlı fərdi foto sərgisi keçirilmişdir. Sərgi əsasən müasir Azərbaycan Fotoqrafiyası tarixində öz sözünü demiş və deməkdə olan peşəkar fotoqrafların portretlərini  ictimaiyyətə  nümayiş etdirmək məqsədi ilə təşkil edilmişdir.

 Foto sərgidə nümayiş etdirilən 50-dək  foto portretlər arasında respublikamızın tanınmış fotoqrafları, Fərid Məmmədov, Sənan Ələsgərov, Ənvər Qaragözov, Vüqar İbadov, Rüfət Abas, Rauf Umud, Adil Novruzov və digər məşhur  fotoqrafların foto portretləri də nümayiş etdirilmişdir. Sərgi Ziyarətçilər tərəfindən maraqla izlənilmişdir.
        Sərginin açılışındı iştirak edən AFB-nin sədri Mirnaib Həsənoğlu, sədr müavini Rauf Umud  və digərləri Könül Süleymanovanın  yaradıcılığından danışmış, gənc olmasına baxmayaraq onun potensial imkanlı bir fotoqraf kimi yetişməkdə olduğunu xüsusilə vurğulamışlar. Qeyd olunmuşdur ki,  bu sərgi 3 ildən artıqdır ki, AFB-nin üzvü olan  Könül Süleymanovanın ikinci fərdi sərgisidir.   Bundan əvvəl, 2012-ci ildə keçirilən sərgi Azərbaycan Teatr və Kino sahəsində iz qoymuş sənətçilərə ithaf edilmiş və sərgi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmışdır. Könül Süleymanovanın "Onlar" adlı fotolayihəsi bu ildən etibarən  ənənəvi olaraq hər il keçirilməsi nəzərdə tutulmuşdur.
        Qeyd edək ki, Könül Süleymanova 2013-cü ildən başlayaraq 2 ildən artıq bir müddətdir ki, "Ekol Mühəndislik Xidmətləri" QSC-də fotoqraf vəzifəsində çalışır. Bu illərdə Respublika
əhəmiyyətli və beynəlxalq sərgilərdə QSC-nin fəaliyyətini əks etdirən stendlərdə Könülün onlarla dəyərli fotoları öz  əksini tapmışdır.
        "Ekol Mühəndislik Xidmətləri" QSC-nin  kollektivi Könül Süleymanovanı keçirdiyi uğurlu sərgi  münasibəti  ilə  təbrik  edir  və  ona  gələcək  fəaliyyətində  müvəffəqiyyətlər arzulayır.
                          
 
 
 

tarix : 19.06.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.