ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-də 26 iyun -"Silahlı Qüvvələr günü ” ilə əlaqədar tədbirlər keçirilmişdir

     İyunun 25-də  “Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət sahələrində  "Silahlı Qüvvələr günü" ilə əlaqədar tədbirlər keçirilmişdir. Tədbirlərdə  çıxış edənlər  QSC-nin kollektivini bu əlamətdar gün münasibəti ilə təbrik etmiş və ölkəmizə sülh, əmin-amanlıq, xalqımıza qələbə sevinci arzulamışlar.

 Qeyd olunmuşdur ki, 1998-ci il  may ayının 22-də Azərbaycan Respublikasının  Prezident Heydər Əliyevin  Sərəncamı ilə Əlahiddə Azərbaycan  Korpusunun  yarandığı gün, 26 iyun - “ Azərbaycan Respublikasının  Silahlı Qüvvələr günü” elan olunmuş və ənənəvi olaraq hər il bu  şanlı tarix rəsmi dövlət bayramı kimi  təntənə ilə qeyd edilir.  Hər il olduğu kimi, bu il də xalqımızın şanlı tarixi günü respublikamızın hər yerində silsilə tədbirlərlə və atəşfəşanlıqla qeyd olunacaqdır.   Xalqımız öz müstəqilliyini əldə etdikdən sonra,  bütün  sahələrdə olduğu kimi nizami ordu   quruculuğunun sürətlə inkişafı  və təkmilləşdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkəmizin  müdafiə qüdrəti daha da artmışdır. Əsası ulu öndər  Heydər  Əliyev tərəfindən  qoyulmuş və Respublika Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilən sürətli ordu quruculuğu nəticəsində, milli ordumuz bütün  regionda qüdrətli və  torpaqlarımızı  işğaldan  azad  etmək  gücünə  malik olan  bir orduya  çevrilmişdir.
      Natiqlər öz çıxışlarında ölkə rəhbərinin səyi nəticəsində  Milli Ordumuzun gündən-günə güclənməsindən, bütün Qafqazda qüdrətli bir orduya  çevrilməsindən  qürur  hissi  keçirdiklərini  xüsusilə vurğulamışlar.  Bildirilmişdir ki,   əgər  sülh  danışıqları  fayda verməzsə, bu  halda  Ali Baş Komandanın əmri ilə rəşadətli ordumuz torpaqlarımızın işğaldan azad olunmasında  öz  sözünü deyəcəkdir.
 
 
 
 
 
 

tarix : 25.06.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.