ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin əməkdaşları ABŞ-da xidməti ezamiyyətdə olmuşlar

         Ekoloji layihələrin icrasına yeni texnika və texnologiyaların  tətbiq edilməsi   sahəsində həyata keçirilən tədbirlər planı çərçivəsində, QSC-nin baş direktoru Ramil Əliyev, baş direktorun istehsalat üzrə müavini-Texniki direktor Məzahir Hüseynov, Marketinq və Xarici İqtisadi Əlaqələr şöbəsinin rəis müavini Rəşad Rəcəbov iyun ayının 19-dan 25-dək ABŞ-da xidməti ezamiyyətdə olmuşlar. Ezamiyyə ABŞ-nın TARMAK, Trinidad & Tobakonun ERTAH,  Water & Power Technologies  LLC və  Powell  Water Systems Inc kimi tanınmış şirkətlərinin  istehsal etdikləri təmizləyici qurğuların iş prinsipi ilə əyani  tanışlıq və lazımı məlumatların əldə olunması məqsədi ilə təşkil edilmişdir.

      Xidməti ezamiyyət müddətində  QSC əməkdaşları  ABŞ-nın Kaliforniya ştatının  Los Angeles şəhərində TARMAK şirkətinin  neftlə çirklənmiş torpaqların təmizlənməsi üçün  istismarda olan (gücü 75 t/s) "Termal desorbsiya" qurğusu ilə  əyani  tanış olmuş, qurğu haqqında ətraflı məlumatlar əldə etmişlər.
      Əməkdaşlarımız  ABŞ-nın Utah ştatının Salıt Lake City  şəhərində, Water & Power Technologies  LLC  şirkətinin baş ofisində bu şirkətin nümayəndələri və Powell  Water Systems Inc (PWS) şirkətinin prezidenti ilə işgüzar görüş keçirmişlər. Daha sonra   QSC-nin  nümayəndələri Water & Power Technologies  şirkətinin çirkab suların təmizlənməsi üçün   "Elektrokoaqulyasiya" (EK) pilot qurğusu ilə də  tanış olmuş, eyni zamanda bu şirkətinin  istehsalı olan  membran, filtrasiya, Əks Osamos və ionsuzlaşdırma qurğularına baxış keçirilmiş, bu qurğular  haqqında  əməkdaşlarımıza geniş məlumatlar verilmişdir. Sonda Water & Power Technologies  LLC  şirkətinin  ABŞ-da həyata keçirdiyi "Lay sularının idarə olunması tutumları"  barədə elektron təqdimat keçirilmişdir.
      Xidməti ezamiyyət müddətində keçirilən görüşlər və qurğularla əyani tanışlıq  sayəsində kifayət qədər  maraqlı məlumatlar əldə olunmuş  və bu şirkətlərlə gələcək əməkdaşlıq  əlaqələrinin  istiqamətləri müəyyən edilmişdir.
     QSC-nin nümayəndələri  ABŞ-na olan xidməti ezamiyyəti işgüzar şəraitdə başa vuraraq,  iyunun 25-də xoş təəssüratlarla Bakıya qayıtmışlar.
 
 
 

tarix : 01.07.2014

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.